Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi mövzusunda seminar keçirilib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
28 sentyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik üçün Tərəfdaşlıq Proqramı III” (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda mediatorlar üçün seminarın ilk günü keçirilib.
Newscenter.az xəbər verir ki, Mediasiya Şurasının tərəfdaşlığı ilə keçirilən tədbirin açılış hissəsində Avropa Şurasının Bakıdakı Ofisinin layihə üzrə məsul şəxsi Vəfa Rövşənova, Mediasiya Şurasının İdarə Heyətinin sədrinin müşaviri Əli Fərzəliyev, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqçusu Türkan Səmədova çıxış edərək seminarın məqsəd və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Seminarın əsas məqsədi mediatorların peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, mediasiya prosesinin daha effektiv təşkili və mediatorların praktiki fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verilməsidir.
İlk gün ərzində iştirakçılara mediasiya prosesinə ümumi baxış, mediasiyanın əsas prinsipləri, Mediasiya üzrə Sinqapur Konvensiyası və effektiv mediasiyanın əhəmiyyəti ilə bağlı təqdimatlar keçirilib.
Həmçinin mediasiyaya hazırlıq mərhələsi, mediatorun fəaliyyətinin başlanğıc mərhələsində həyata keçirdiyi hərəkətlər, mediasiya hərəkət planının hazırlanması, ilk açılış iclasına hazırlıq və mediatorun etika filtrləri kimi mövzular ətrafında müzakirələr aparılıb.
Seminar çərçivəsində mediatorların praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə rol oyunlarından da istifadə olunub.
Günün ikinci hissəsində isə ilk açılış iclası, masaya qədərki davranışlar, mediatorun rolunun dəqiqləşdirilməsi, “Prosessual qaydalar” və tərəflərdə proses barədə aydınlıq yaradılması, ilk görüşdə mediatorun hərəkətləri, təkliflərin artırılması və həllin əldə olunması, həll seçimlərinin qiymətləndirilməsi mövzuları üzrə nəzəri və praktiki sessiyalar təşkil edilib.
Tədbir zamanı iştirakçıların mövzular üzrə fikir mübadiləsi aparmasına, praktiki nümunələr əsasında biliklərini möhkəmləndirməsinə və peşə fəaliyyətlərində qarşılaşdıqları məsələləri müzakirə etməsinə imkan yaradılıb.
Qeyd edək ki, “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda seminar 29 sentyabr 2026-cı il tarixində də davam etdiriləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qırğızıstanda Mediatorların Beynəlxalq Yay Məktəbində Azərbaycan gecəsi keçirilib
09 Avqust 2026 12:08
Şagird bacarıqlarının inkişaf etdirilməsi mövzusunda elmi seminar keçirilib
11 Fevral 2025 10:49
Çinə səfər edəcək mediatorların növbəti qrupu ilə görüş keçirilib
14 İyun 2026 09:49
Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşib
22 May 2025 16:13
Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir
22 Aprel 2025 13:03
Baxış sayı:143
Bu xəbər 28 Sentyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















