“Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda ikigünlük seminar başa çatıb
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
6 noyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə mediatorlar üçün təşkil olunan “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda ikigünlük seminar başa çatıb.
Newscenter.az-ın xəbərinə görə, Hilton Baku otelində keçirilən seminarın ikinci günündə mediatorların mübahisələrin həlli prosesində qarşılaşdıqları praktiki çətinliklər, tərəflərin maraq və ehtiyaclarının müəyyənləşdirilməsi, effektiv mediasiya strategiyalarının tətbiqi və uğurlu barışıq sazişinin əldə olunması məsələləri diqqət mərkəzində olub.
Təlimçilər Paşa Səfərov və Sadiq Bağırov tərəfindən aparılan sessiyalarda maraq və ehtiyacların təhlili zamanı yaranan çətinliklər, tərəflərin mövqeləri, maraqları və manipulyasiyalarının (bleflərin) fərqləndirilməsi, alternativ həll yollarının yaradılması, mediator təşəbbüsləri, emosional amillərin və qürur faktorunun mediasiya prosesində rolu, eləcə də kompromis imkanlarının müəyyənləşdirilməsi mövzuları ətraflı izah edilib.

Mövzuların praktiki mənimsənilməsi məqsədilə rol oyunları təşkil olunub, mediatorların müxtəlif mübahisə situasiyalarında qərarvermə və prosesin idarə olunması bacarıqları üzərində işlənilib.
Proqramın növbəti hissəsində mediasiya prosesində üçüncü şəxslərin və uşaqların maraqlarının nəzərə alınması, barışıq sazişinə aparan strategiyalar, barışığın əldə olunması və rəsmiləşdirilməsi, həmçinin barışıq şərtlərinin müəyyənləşdirilməsi və mümkün həll variantlarının qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Seminarın yekun sessiyasında mediasiya prosesinin düzgün sonlandırılması, prosesin psixoloji baxımdan bağlanması, mediasiyada “üzr” mexanizminin tənzimlənməsi və bağışlanma, mediatorun və üçüncü şəxslərin reputasiyasından istifadə taktikası, eləcə də keçmiş, cari və gələcək kontekstində zamana əsaslanan mübahisə həlli strategiyaları üzrə bilik və praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.
İkigünlük seminarın sonunda iştirakçıların təlim proqramı üzrə qiymətləndirilməsi aparılıb və onlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd mediatorların peşəkar səriştələrinin artırılması, mediasiya prosesinin müxtəlif mərhələlərində tətbiq olunan metod və strategiyaların təkmilləşdirilməsi, habelə mübahisələrin daha effektiv və dayanıqlı həllinə nail olunması üçün praktiki bacarıqların inkişaf etdirilməsi olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi mövzusunda seminar keçirilib
28 Sentyabr 2026 20:30
Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşib
22 May 2025 16:13
Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir
22 Aprel 2025 13:03
Vəkillər və mediatorların sosial sığorta haqları artırılır
06 Noyabr 2025 11:51
Baxış sayı:59
Bu xəbər 06 Noyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















