Icma.az
close
up
RU
“Dil Komissiyasının irad bildirmək və ya dəyişiklik tələb etmək hüququ yox idi”

“Dil Komissiyasının irad bildirmək və ya dəyişiklik tələb etmək hüququ yox idi”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək. Bundan ötrü Nazirlər Kabinetinə 3 ay möhlət verilib. Xatırladaq ki, komissiya üzvlərindən bəziləri artıq vəfat edib. Onların arasında tanınmış dilçilər var. Bəs, onların yerinə kimlər təyin olunacaq? 

“Yeni Sabah”ın müsahibi Dövlət Dil Komissiyasının üzvü, habelə Nazirlər Kabineti yanında Terminologiya Komitəsinin sədr müavini Sayalı Sadıqovadır.

– Fərmana əsasən, Dövlət Dil Komissiyasının tərkibi yenilənəcək. Sizcə, yeni Komissiyanın tərkibinə kimlər daxil olacaq? Vəfat edən şəxslərin yerinə kimlər təyin ediləcək? pizza mizza

– Komissiyanın tərkibinə kimlərin daxil ediləcəyi barədə dəqiq məlumatım yoxdur. Bu məsələ birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir və yalnız rəhbərlik tərəfindən müəyyənləşdirilə bilər. Ola bilsin ki, təkcə vəfat edən üzvlər deyil, digər şəxslər də əvəzlənsin. 

Komissiyanın əsas vəzifəsi Azərbaycan dilinin qorunması və inkişafına nəzarət etməkdir. Düşünürəm ki, yeni tərkibdə say baxımından da artımlar ola bilər.

– Ümumən Fərman haqqında nə düşünürsünüz?

– Hesab edirəm ki, bu qərar tam zamanında verilib. Komissiya hər zaman fəaliyyət göstərib, amma bu fərman Azərbaycan dilinin təkmilləşdirilməsi sahəsində atılmış mühüm addımlardan biridir. Çünki müasir dövrdə dil normaları ilə bağlı bir çox sahədə ciddi boşluqlar var. Bu qərar həmin boşluqların aradan qaldırılması baxımından vacibdir.

– Konkret olaraq hansı boşluqları nəzərdə tutursunuz?

– Hazırda saytlarda, reklamlarda, kargüzarlıq sənədlərində və küçə plakatlarında dil normalarının pozulması halları ilə tez-tez qarşılaşırıq. Bu cür səhvlər artıq yolverilməzdir. Fərman da məhz bu sahədəki boşluqları doldurmaq məqsədi daşıyır. Hətta qəbul olunmuş bəzi qanun mətnlərində belə kobud dil xətaları var. Oxuduğumuz hər mətndə ədəbi dil normalarının pozulduğunu görürük. Bundan əlavə, televiziya və aparıcıların dili də ürəkaçan səviyyədə deyil. Bu sahələrə ciddi nəzarət olmalıdır.

– Əvvəllər fəaliyyət göstərən Monitorinq Mərkəzinin işini hansı qurum davam edəcək?

– Monitorinqin əsas məqsədi dil pozuntularını aşkara çıxarmaq, onları müzakirə etmək və aradan qaldırmaq üçün tədbirlər görməkdir. Bütün bunlar qanunla tənzimlənməlidir. Məsələn, sadə bir reklam hazırlanarkən belə, mütləq şəkildə dilçi ilə məsləhətləşilməli, ədəbi dil normalarına əməl olunmalıdır. Bu məsələlər qanunla tam şəkildə dəqiqləşdirilməlidir.

– Artıq məsələ ilə bağlı bir çox səlahiyyətlər Mədəniyyət Nazirliyinə verilib. Sizcə, nazirlik bu işi necə həyata keçirəcək?

– Düşünürəm ki, Mədəniyyət Nazirliyi bu sahədə koordinasiyaedici rol oynayacaq. Nazirlik Dövlət Reklam Agentliyi, media qurumları və digər aidiyyəti orqanlarla əməkdaşlıq qurmalı və bütün proseslərə dilçilərin nəzarətini təmin etməlidir. Bu əməkdaşlıq güclü şəkildə qurulmalıdır ki, dil pozuntularının qarşısı vaxtında alınsın.

– Bəs niyə indiyədək Dövlət Dil Komissiyası bu işlərə nəzarət etmirdi?

– Fikirləşirəm ki, bununla bağlı yeni mexanizmlər hazırlanmalıdır. Monitorinqlər aparılırdı, amma Komissiyanın, məsələn, Reklam Agentliyinə irad bildirmək və ya dəyişiklik tələb etmək kimi hüququ yox idi. Yəni “bu mətndə bu düzəlişləri edin”, -  deyə bilməzdik. Bütün bu məsələlər qanunla tənzimlənməlidir ki, Komissiya üzvləri səlahiyyətlərini tam yerinə yetirə bilsin. Məsələn, küçə adlarına baxsaq, orada belə ciddi dil xətaları ilə qarşılaşırıq. Halbuki bir çox ölkələrdə küçə adlarının təsdiqi zamanı müvafiq dil komissiyasına müraciət olunur. Bizdə isə bu təcrübə formalaşmayıb. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə ciddi addımlar atacaq.

– Terminologiya sahəsində hər hansı yeniliklər varmı?

– Bəli, yeniliklər var. Mən 2000-ci ildən Terminologiya Komitəsinin sədr müaviniyəm. Bu illər ərzində müxtəlif sahələrlə bağlı terminoloji lüğətlər nəşr olunub. Məsələn, aviasiya, logistika, informatika sahələrinə dair terminlər toplanıb. Təkcə informatika sahəsinə dair 2000 səhifəlik terminoloji lüğət hazırlanıb. Son olaraq nüvə fizikası sahəsi üzrə lüğət müzakirəyə çıxarıldı və nəşrinə icazə verildi. Bütün bu lüğətlər dünya standartlarına uyğun şəkildə hazırlanır.

– Bir müddət əvvəl akademik Nizami Cəfərovun “vopşe”, “tak çto”, “znaçit”, “uje” kimi sözlərin lüğətə salınması təklifi cəmiyyətdə rezonans doğurdu. Bu barədə nə düşünürsünüz?

– Əslində, həmin fikir mediada düzgün formada təqdim olunmamışdı. Nizami Cəfərov belə ifadələrin lüğətə salınmasını yox, əksinə, onlara qarşı mübarizə aparılmalı olduğunu bildirmişdi. O sadəcə olaraq bu sözlərin cəmiyyətdə geniş şəkildə istifadə olunduğunu vurğulamışdı. Orfoqrafiya lüğətində yalnız Azərbaycan dilində ümumişləklik qazanan sözlər yer almalıdır. Həmin fikirlər akademikə qarşı yönəldilmiş təxribat xarakteri daşıyırdı.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri