Icma.az
close
up
RU
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi (FOTO)

Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşdi (FOTO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub.

Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxunub:

"Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlət başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident eyni zamanda həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi".

R.Məcid qeyd edib ki, Prezident İlham Əliyevin fikirləri Mətbuat Şurası qarşısında da məsuliyyət müəyyənləşdirir və Şuranın İdarə Heyəti üzvlərinin təklifləri qurumun bununla bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşdi. Qərara alındı ki, tərkibdə İH üzvlərindən "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, həmçinin dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün. Qurumun fəaliyyətinə gəlincə, mövcud istiqamətdə konkret iş planı hazırlanacaq və görüləcək işlər dəqiqləşdiriləcək.

Bu baxımdan Mətbuat Şurasının nəznində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac var. İclasda məsələ ilə bağlı "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənildi və təkliflər irəli sürüldü. Qərara alındı ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.

Mətbuat Şurasının İdarə Heyətinin son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub. Şura sədri R.Məcid yubiley medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə, həm də milli mətbuatımızın keçdiyi şərəfli yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib və medalı təltif etmək səlahiyyətinə malik Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri