Icma.az
close
up
RU
Dil milli kimliyin sütunu kimi

Dil milli kimliyin sütunu kimi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Sevinc Həsənova
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Dil bir xalqın varlığının səsi, onun tarixi yaddaşı, milli şüuru və kimliyidir. Tarix boyu xalqlar silah gücü ilə deyil, dil gücü ilə yaşayıb, kimliyini qoruyub və gələcəyə daşımışdır. Ana dili millətin yaddaşı, ruhu və mənəvi varlığıdır. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Bu baxımdan Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyimizin əsas dayağı, dövlətçiliyimizin ideoloji sütunudur. Dilimiz əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, mədəniyyətimizin və mənəvi dəyərlərimizin əsas ifadə vasitəsi olmuşdur. Folklorumuz, klassik və müasir ədəbiyyatımız, musiqimiz və düşüncə tərzimiz məhz ana dilimizin zənginliyi üzərində formalaşmışdır. Bu gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyi müstəqil dövlətçiliyimizin əsas göstəricilərindən biridir. Dilimiz milli kimliyimizi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdır.

Milli kimlik təsadüfi formalaşmır. O, tarixin, mədəniyyətin, adət-ənənələrin və ən əsası dilin sintezindən yaranır. Dil milli şüurun daşıyıcısıdır. İnsan hansı dildə düşünürsə, dünyanı da o dilin prizmasından qavrayır. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini qorumuş, yad təsirlərə qarşı mənəvi qalxan rolunu oynamışdır. Klassik poeziyamızdan tutmuş aşıq sənətinə, xalq dastanlarından müasir ədəbiyyata qədər bütün mədəni irsimiz ana dilində formalaşmışdır. Bu səbəbdən dilin zəifləməsi milli kimliyin zəifləməsi deməkdir. Dilə münasibət mədəniyyətə münasibətdir. Əgər cəmiyyət öz ana dilinə hörmət edirsə, onu düzgün və səlis şəkildə işlədirsə, dil də inkişaf edir.

Müasir dövrdə sürətlə dəyişən dünya nizamı, qloballaşma, informasiya bolluğu və mədəni sərhədlərin nisbiləşməsi fonunda dil məsələsi xüsusilə aktual xarakter alır. Bu reallıqlar Azərbaycan üçün də istisna deyil. Məhz buna görə Azərbaycan dövləti dil və mədəniyyət məsələlərinə strateji yanaşma nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ana dilimizlə bağlı fikirləri dil məsələsinə dövlət səviyyəsində yanaşmanın mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı çıxışında Azərbaycan dilinin ictimai həyatda düzgün istifadəsinin vacibliyini vurğuladı və bildirdi ki, “ biz əsrlər boyu dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili ulu babalarımızın dilindən ciddi şəkildə fərqlənmir. Bu, xalqımızın böyüklüyünü göstərən mühüm nailiyyətdir”. Onun mesajı aydındır: Azərbaycan dili ölkədə əsas ünsiyyət vasitəsi olmalı, dil normalarına laqeyd yanaşılmamalıdır.  Bu yanaşma göstərir ki, dil məsələsi Azərbaycanda yalnız mədəni deyil, dövlətçilik və milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir. Çünki milli dilin nüfuzu milli kimliyin nüfuzudur. Cənab Prezidentin qeyd etdiyi kimi, “biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”. Bu yanaşmanın konseptual ifadəsi milli mədəniyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən fundamental sənəd olan “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında öz əksini tapır. Konsepsiya mədəniyyəti keçmişin qorunan mirası kimi deyil, gələcəyin qurucu resursu kimi təqdim edir. Sənəddə Azərbaycan dili milli mədəniyyətin əsas dayağı kimi dəyərləndirilir. Milli kimliyin möhkəmləndirilməsi, ana dilinin qloballaşma şəraitində rəqabət qabiliyyətinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması əsas prioritetlər sırasında göstərilir. Sənəddə Azərbaycan dili mədəniyyətin “onurğa sütunu” kimi dəyərləndirilir. Dil olmadan nə milli yaddaş, nə də mədəni davamlılıq mümkündür. Konsepsiya açıq şəkildə göstərir ki, 2040-cı ilə qədər mədəni inkişafın əsas məqsədi milli kimliyi qoruyan, eyni zamanda dünyaya açıq olan bir model yaratmaqdır. Ana dilinin qloballaşma şəraitində rəqabət qabiliyyətinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzindədir.

Dil siyasətinin uğuru birbaşa gənc nəslin mövqeyi ilə bağlıdır. Bu gün formalaşan gənclik sabahın dil mühitini, milli kimliyin dayanıqlığını və mədəni davamlılığı müəyyən edir. Təhsil sistemi, ali məktəblər, media və rəqəmsal platformalar dilin gələcək taleyinə təsir göstərən əsas məkanlardır. Gənclərin ana dilində sərbəst düşünməsi, yaratması və ünsiyyət qurması milli kimliyin möhkəm təməl üzərində inkişafının əsas şərtidir. Məhz bu baxımdan milli mədəniyyətin gələcək inkişaf strategiyasını müəyyən edən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası gənclərin mədəni proseslərdə fəal iştirakını, Azərbaycan dilinin müasir, innovativ və yaradıcı sahələrdə geniş tətbiqini mühüm prioritet kimi irəli sürür. Bu sənəd dilə yalnız mədəni irs kimi deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji resurs kimi yanaşmanı ortaya qoyur.

Azərbaycan dili bu gün təkcə keçmişin mirası deyil, eyni zamanda gələcəyə açılan əsas dəyərdir. Dilin sabahı böyük ölçüdə gənclərin seçimlərindən, təhsil mühitindən və medianın məsuliyyətli mövqeyindən asılıdır. Sosial şəbəkələrdə, televiziya kanallarında və internet resurslarında işlədilən dil cəmiyyətin ümumi dil mühitini formalaşdırır. Bu prosesdə məsuliyyət yalnız yaradıcı şəxslərin və jurnalistlərin deyil, hər bir vətəndaşın üzərinə düşür. Prezident İlham Əliyevin çıxışları və sözügedən Konsepsiya aydın şəkildə göstərir ki, Azərbaycan dövləti dil məsələsinə strateji baxışla yanaşır. Bu baxış hər bir vətəndaşa ünvanlanan açıq mesajdır: ana dilinə münasibət milli kimliyə münasibətdir. Dilimiz yaşadıqca, kimliyimiz də yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri