Dil qüsurlarına görə kiməsə cərimə tətbiq etmək əcaibdir Qulu Məhərrəmli
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezidentin ana dilimizi qoruyaq çağırışından sonra aktual olan mövzulardan biri də mətbuatda, televiziyada dil normalarına əməl etməyənlərin cəzalandırılmasıdır. Bununla bağlı təkliflər irəli sürülür ki, dil normalarına əməl etməyən sayt və televiziyalar cərimə olunsunlar.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli qeyd etdi ki, ana dili məsələləri ilə bağlı cərimə və dil polisi yaratmaq məsələləri qeyri-ciddi söhbətlərdir:
"İndiki halda dil qüsurlarına görə kiməsə cərimə tətbiq etmək əcaib görünür. Yəni bu cür təkliflərin zamanı deyil. Bunun üçün cəmiyyət hazır olmalıdır, dilçilərin özləri buna hazır olmalıdır, dil qaydaları mükəmməl olmalıdır. Yalnız bundan sonra bu məsələlər barədə düşünmək olar. Amma indiki halda hesab edirəm ki, bunlar qeyri-ciddi söhbətlərdir və güman edirəm ki, dillə bağlı cərimə məsələləri aktual deyil".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















