Icma.az
close
up
RU
Qulu Məhərrəmli elə bir pitidir ki...

Qulu Məhərrəmli elə bir pitidir ki...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Yetmiş yaşlı Professorun yubiley gecəsində zarafatyana reportaj

Hamı gəlib çıxmışdı, təkcə səbəbkar gözə dəymirdi. Yubilyar öz yubiley gecəsinə yubanmışdı, amma artıq onun şərəfinə sağlıqlar deyilirdi.

Elçin Şıxlı masanın o biri tərəfində oturmuş Tahir Tahiroviçdən soruşur: "Vəziyyət necədir?"

Rejissor sualın məramını göydə tutur, professorun gecikməsinə işarə edərək, zarafatla: "Hələ ki, tənqidi sağlıqlar deyilir".

Dostları deyir ki, məclis yiyəsi ən azı bir saat ləngiyəcək. Amma, deyəsən, bir saat çəkmir...

Budur, axır ki, Qulu Məhərrəmli gəlib çıxdı. Həmişəki təbəssümü ilə salona daxil oldu. Hamı yubilyarı alqışlarla qarşıladı. Keçib oturdu.

Rəşad Məcidin təklifi ilə gecənin tamadası... Qulu Məhərrəmli özü oldu. Qulu müəllim isə özünə iki "müavin" seçdi: biri Rəşad Məcid, biri də dostu Şamil müəllim.

Professor məclisin başında çıxışları istiqamətləndirmək üçün zarafatla dedi: "Düzdür, mənim də tərifdən xoşum gəlir. Amma ən yaxşısı odur ki, çıxış edənlər məni tərifləməsin".

Rəşad Məcid "etiraz" elədi: "Sənin yubiley gecəndir, axı. Camaat səni tərifləməsə, başqa nə deyəcək ki?!"

Ramiz Rövşən Rəşad Məcidə tərəf dönüb zarafatla replika atdı: "İndi o, elə deməlidir də. Siz işinizdə olun". Yubilyar bu haqlı replika ilə əlüstü "razılaşdı".

Sağlıqlar, çıxışlar bir-birini əvəz etdikcə, məclis qızışdı. Ramiz Rövşən, Cavanşir Quliyev, Arif Əliyev, Elçin Şıxlı, Rəşad Məcid və başqa qonaqlar danışdı. Bir sözlə, Qulu Məhərrəmlinin can dostları bir-birindən gözəl sözlər söylədilər.

Qulu Məhərrəmlinin Elçin Şıxlı ilə piti əhvalatı da çox maraq doğurdu. Sən demə, bir gün dostlar piti yeməyə gedir. Ancaq onlar üç nəfər olur, piti isə cəmi iki qab qalıbmış. Üç nəfərdən ikisi bir pitini yarı bölmək məcburiyyətində qalır. Bu zaman maraqlı, yaddaqalan "hadisə" olur. Rəşad Məcid də Amerika səfərindən başqa bir məzəli əhvalat söylədi. Məclisin əhvalı daha da yüksəldi.

Çıxış növbəsi mənə çatanda bu piti olayına toxunmalı oldum. Dedim: "Hər bölgədə piti bişirirlər. Ancaq Gəncə pitisi ilə Şəki pitisi brenddir. Qulu Məhərrəmli isə elə bir "pitidir" ki, Gəncəlilər Gəncə pitisi kimi "yeyir", Şəkililər Şəki pitisi kimi".

Bu fikrimə məclisin reaksiyasından belə başa düşdüm ki, Qulu Məhərrəmli, doğrudan da, "ümumilli piti" statusu qazanıb; hər yerdə və hər kəs onu özünə doğma bilir. Bütün cinahlar, bütün tərəflər özününkü kimi qəbul edir, sözünü eşidir. Çünki professor əsl ziyalı kimi sözün düzünü deyir. Doğruluğuna inandığı fikri olduğu kimi ifadə edir. Bəzək-düzəksiz. Necə varsa.

Ona görə də o, "professor" kimi rəsmi-elmi statusu ilə yanaşı dostlar arasında bir də "Ağsaqqal" statusu qazanıb. Həm də bu "fəxri adı" qazananda saqqalı heç ağarmamışdı bu saqqalı ağarmışın...

Yubiley gecəsi, bax, belə duzlu-məzəli söhbətlərlə, maraqlı əhvalatlarla dolub-daşdı. Ramiz Rövşənin söylədiyi şeirin isə həmişəki kimi bir ayrı dadı vardı.

Ehtiram Hüseynov, Tural Salmanov, Rövşən Nicat, İntizar, eləcə də, Ehtiramın tələbəsi (təəssüf ki, adı elan edilmədi, ya da mən eşidə bilmədim) bir-birindən gözəl, zərif musiqi parçaları ilə gecəyə misilsiz, unudulmaz naxışlar vurdular.

Xüsusilə, İntizar gitarada... aşıq havası çalmağa başlayanda Elçin Şıxlının "çiçəyi çırtladı". Yadıma başqa bir məclisdə başqa bir məşhur Qazaxlı ilə konsert proqramını dinləməyim düşdü. Bir rəsmi bayram törəni idi. Bədii hissədə musiqi parçaları bir-birini əvəz edirdi. Muğam gəldi, rok gəldi, pop gəldi... Akif Aşırlıya demişdim: "Darıxma, əvvəl-axır saz da gələcək". Amma proqnozum doğrulmadı: Akifin gözlədiyi o məchul aşıq gəlib çıxmadı. Amma hər halda repertuar haqqında bu zarafat özü (ya da mən Qarabağlının o Qazaxlıya qoşulub aşıq gözləməyimiz) Akif Aşırlının əhvalını yüksəltmişdi.

Bu gecədə də aşıq yox idi; amma saz havasının gitarada səslənməsi Elçin Şıxlı ilə folklor həmrəyliyimizi zədələmədi. Məmməd İsmayılın özü qədər məşhur misralarını xatırladım: "Dünən Bethoveni çaldılar sazda... Hələ yaşamağa dəyər bir az da".

Hə, Professor, vallah, yaşamağa dəyər bir az da. Çox yox, daha bir yetmiş il. Ən azı! Təbii ki, bax, belə gözəl - təbii yaşamaq şərtilə.

Gözəl demişkən. Məclisin başında Rəşad Məcid xatırlatmışdı ki, Qulu Məhərrəmli Mətbuat Şurasında Etika Komissiyasının sədridir. Rəşadın yerinə olsam, o komissiyanın adını və statusunu dəyişərəm, edərəm Etika və Estetika Komissiyası. Çünki Qulu Məhərrəmlinin təkcə etik davranışı yox, estetik qavrayışı da üst səviyyədədir. Gözəlliklərdən anlayır; ətrafına ürəyi gözəl insanlar toplayıb. Xüsusi seçib, toplamayıb e, gözəl insanlar özləri seçilib, yığışıb başına. İçdən gələn səmimi təbəssümü də az rol oynamır yəqin. Üstəlik, musiqi zövqünə də söz ola bilməz.

Maestro Cavanşir Quliyev məclisdəydi, hər ifaya müsbət reaksiya göstərirdi. Məlum: Maestroya hər ifaçını bəyəndirə bilməzsən; yaxşıya yaxşı, zəifə zəif deyən musiqi professorudur axı..

Tək kəlmə: mükəmməl gecə oldu. Heç kim bu gecənin bitməsini istəmirdi. Professor yekun söz deyəndən sonra da adamlar hələ də dağılışmağa tələsmirdilər. Ancaq bu yerdə Qulu müəllimin zarafatla söylədiyi bir "elan" "köməyə gəldi". Professor məclisin əvvəlində belə demişdi: "Mənim ad günüm noyabrın 2-də başlayır, dekabrın 30-da bitir. Dekabrın 31-i bura aid deyil, çünki o gün başqa bayramlar var".

Bu yumora bütün məclis hamılıqla gülüşmüşdü. Eyni zamanda məclis, deyəsən, bu zarafatı yekdilliklə ciddi qəbul eləmişdi. Çünki bu, doğrudan da, çox ciddi bir zarafat idi. Həm də "sərfəli", sevindirici...

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see350

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see344

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see214

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see201

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see194

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see188

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see188

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see187

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see184

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see179

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see174

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see171

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see166

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see163

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see160

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see157

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see157

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see156

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see144

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri