Icma.az
close
up
RU
Qulu Məhərrəmli: Kadr çatışmazlığı ilə üzləşməyəcəyik

Qulu Məhərrəmli: Kadr çatışmazlığı ilə üzləşməyəcəyik

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Qulu Məhərrəmli: “Artıq bundan sonra televiziyalar qanunun tələbinə əməl etməli və işarət dili mütəxəssislərini işə cəlb etməlidirlər”

“Müəyyən fiziki qüsuru olan insanlar da cəmiyyətin bir parçasıdır və onların da informasiya almaq, proqramları izləmək hüququ var”



Azərbaycanda fəaliyyət göstərən telekanallar yeni qaydalarla işləməli olacaq. Bunu "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun tələb edir. Milli Məclisin növbəti toplantısında əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydaları müəyyənləşib və qanun layihəsi təsdiqlənib. Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Bundan əvvəl yeni qaydalar Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılaraq müsbət rəy almışdı. Məlumdur ki, eşitmə və nitq qüsurlu şəxslər öz aralarında işarət dili ilə ünsiyyət saxlayır. İnformasiyaların işarət dili ilə çatdırılması da xüsusi bir ixtisasdır və bu sahənin mütəxəssisləri tərəfindən icra olunur. Dünyada belə bir təcrübə çoxdan mövcuddur. Televiziyalar informasiya proqramlarını, hətta bəzi sosial məzmunlu verilişlərdə tele-aparıcılarla yanaşı, işarət dilini bilən mütəxəssislər də dəvət edilir və onlar xüsusi kateqoriyadan olan tamaşaçılara informasiyaları, proqramda qoyulan mövzuları, səslənən rəyləri işarət dili ilə çatdırırlar. Son illərdə bir sıra filmlərin alt yazılarla təqdim edildiyini, filmlərin işarət dili ilə müşayiət olunduğunu, reklam çarxlarında işarət dilindən istifadə olunduğunu görə bilirik. Məsələn, qardaş Türkiyə televiziyalarında buna tez-tez rast gəlinir. Və bu cəmiyyətdə vəhdəti artırmaqla, bütün insanların eyni dərəcədə informasiya almaq hüququnu təmin edir. İşarət dilindən efirdə, proqramların, filmlərin nümayişi zamanı istifadəsi təəəsüf ki, bizdə geniş yayılmayıb. 



Əməkdar jurnalist, BDU-nun televiziya jurnalistikası və Multimedia və elektron kommunikasiya kafedralarının professoru Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, işarət dilindən istifadənin qanunla təsbit edilməsi çox müsbət hadisədir: 

seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Aprel 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri