Icma.az
close
up
RU
Dilçilik İnstitutu etiraz edir: DİM “dəyişmərik” deyir

Dilçilik İnstitutu etiraz edir: DİM “dəyişmərik” deyir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb”. 

Bunu Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında deyib. Onun sözlərinə görə, buna səbəb odur ki, doktoranturada ingilis dili imtahanları İELTS səviyyəsində təşkil edilir və azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər. 

Sayalı Sadıqova qeyd edib ki, Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə isə dilçinin iradına cavab olaraq sözügedən ingilis dili imtahanında B2 səviyyəsi tələb olunduğunu deyib. 

DİM bu istiqamətdə hansısa dəyişikliklər nəzərdə tuturmu?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az”-a bildirilib ki, doktoranturaya qəbul qaydalarını DİM müəyyən etmir: 

“Xarici dil üzrə qəbul imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyənləşdirilir. İmtahanların məzmununu təşkil edən yoxlama-ölçmə materialları Mərkəzin mütəxəssislərinin təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisas kafedralarının professor-müəllim heyəti tərəfindən hazırlanır. 

Xarici dil imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi aparılır. 

Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən keçirilir. Digər imtahanlar ali təhsil müəssisələrində təşkil olunur. Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə və sonra ixtisas fənnindən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications and Tests, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar”. Bildirlib ki, indiki qaydalarda minimal keçid balı əvvəlcədən müəyyənləşib və 25 baldır: 

“Yəni keçid üçün maksimal 50 baldan ən az 25 bal toplamaq lazımdır. Kifayət qədər minimal tələbdir. Burada hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Açar sözlər: Dilçilik İnstitutu dilçilik etiraz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri