Qazax Milli Universiteti ilə Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 iyun, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əl-Fərabi adına Qazax Milli Universitetinin alimləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun direktoru professor Nadir Məmmədli qonaqlara Dilçilik İnstitutunun tarixi, elmi istiqamətləri və son illərdə əldə olunan uğurları haqqında məlumat verib. Professor hər iki qurum arasında əməkdaşlığın elm və təhsil sahəsində mühüm perspektivlər ehtiva etdiyini vurğulayıb.
Daha sonra Qazax Milli Universitetinin heyəti adından çıxış edən professor Gülmira Madiyeva universitetin dilçilik elmi üzrə apardığı tədqiqatlar, prioritet istiqamətlər barədə məlumat verib.
Görüş zamanı elmi əməkdaşlığın genişləndirilməsi, dilçilik sahəsində birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Tərəflər gələcəkdə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















