Icma.az
close
up
RU
Dilçilik İnstitutunda professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd edilib

Dilçilik İnstitutunda professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli professor İsmayıl Kazımovun gənc yaşlarından bütün fəaliyyətini elmi yaradıcılığa, milli mədəniyyətimizə həsr etdiyini bildirib. “Onun kitab və məqalələrində dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə alimin kitablarının adları ilə tanışlıq zamanı onun yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən”, - deyə Nadir Məmmədli vurğulayıb. Qeyd olunub ki, İsmayıl Kazımov “Oğuz qrupu türk dillərində yarımçıq cümlə”, “Ahıska türklərinin dili” və “Ahıska toponimləri”, “Ahıska türkləri: Dil, tarix və folklor”, “Nizami Cəfərov və Azərbaycan türçülük düşüncəsi”, “Yazıçı karyerası: Dilin və sənətin işığında”, “Yazıçı: Müasir həyat və gerçəkliklər”, “Mahmud Kaşğari “Divanı”nın leksikası”, “Müasir türk dillərinin müqayisəli fonetikası”, “Müasir türk dillərinin müqayisəli leksikası”, “Müqayisəli sintaksis” (rus dilində), “Türk dillərinin funksional morfologiyası” (üç cilddə), “Müasir Azərbaycan dilinin akademik qrammatikaları” (dörd cilddə) əsərlərinin, monoqrafiya və kitablarının müəllifidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, İsmayıl Kazımovun elmi yaradıcılığının bütün mərhələləri diqqət çəkir. Onun orta məktəb illərindən bu günə qədər şərəfli həyat yoluna nəzər saldıqda bunu açıq-aydın görmək olur. İsmayıl müəllim ictimai işlərdə də, elmi araşdırmalarda da, təhsil quruculuğunda da əzmkarlıq göstərib, bilik və bacarığını, istək və qabiliyyətini əsirgəməyib. Onun məqsədi xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, dilimizin, türkologiyanın inkişafına töhfələr vermək, yeniliklər gətirmək olub.

Tədbirdə professor İsmayıl Məmmədlinin “İsmayıl Kazımovun yaradıcılığı haqqında fikirlər”, professor İlham Tahirovun “İsmayıl Kazımovun Türkoloji qurultay və simpoziumdakı çıxışları”, dosent Təhminə İsmayılovanın “İsmayıl Kazımovun Müasir Azərbaycan dili şöbəsindəki fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktorları Dilbər Camali “İsmayıl Kazımovun türkoloji görüşləri” və İmanyar Quliyevin “İsmayıl Kazımovun elmi-publisistik yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Professorlar Sayalı Sadıqova və İlhami Cəfərov, dosent Elçin İsmayılov, elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli çıxışlarında İsmayıl Kazımovun yüksək intellektə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayıb, onun dilçilik elminin inkişafına töhfələr verdiyini bildiriblər.

Tədbirdə professor İsmayıl Kazımov Dilçilik İnstitutunun fəxri fərmanı ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri