Icma.az
close
up
RU
Professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub

Professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Qızlar Universitetində professor İsmayıl Kazımovun 70 illik yubileyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Qızlar Universitetinin təsisçisi yazıçı-dramaturq, ssenarist, professor Ağarəhim Rəhimov yubilyarı təbrik edib, onun mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən danışıb. Ağarəhim Rəhimov bildirib ki, İsmayıl Kazımov 100-dən çox elmi-publisistik məqalənin və kitabların, monoqrafiya və proqramların müəllifidir. Onun “Sadə cümlə sintaksisi” (2021), “Azərbaycan dilinin tarixi qrammatikası. Praktikum”, “Axısqa türkləri: dil, tarix və folklor” (2012), “Türk dillərinin intensivlik qrammatikası” (2022), “Azərbaycan dilinin yeni sintaksisi. Mətnin akltual problemləri” (2023), “A.Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi”, “Yazıçı karyerası: Dilin və sənətin işığında” kimi dəyərli əsərlərinin adını çəkmək olar. Alimin türk dilləri haqqında kitabları, elmi məqalələri və metodik tövsiyələri dilçilər, doktorantlar, tələbələr üçün qiymətli vəsaitlərdir.

Tədris işləri üzrə prorektor professor Hava Abdullayeva bildirib ki, Azərbaycan dilinin tarixi, Orxon-Yenisey abidələrinin dili fənləri filoloq kadrların hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Türkoloq alim ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran müəllim kimi tələbələrin bu sahədəki biliklərini möhkəmləndirir.

Tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri Nuridə Novruzova, İlham Məmmədli, Qüdsiyyə Qəmbərova və Təranə Şükürlü qeyd ediblər ki, İsmayıl Kazımov həmişə yenilikçi olub, peşəsinin inkişafına doğru yönəlmiş yenilikləri qəbul etməsi ilə seçilib. Vurğulanıb ki, professorun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, xeyirxahlığı onun bütövlüyündə cəmlənib vəhdət təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri