Icma.az
close
up
RU
“Dilimiz qorunmalı və inkişaf etdirilməlidir AYDINLIQ GƏTİRİLDİ

“Dilimiz qorunmalı və inkişaf etdirilməlidir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanlı gənclərin istər ingilis, istərsə də rus dilindən sözlər istifadə etməsi yeni bir tendensiya deyil və əslində başa düşülən bir haldır. Əvvəllər Sovet dövründən çıxmışdıq və Rusiyanın təsiri daha çox olduğu üçün gündəlik dilimizdə rus sözləri geniş şəkildə istifadə olunurdu". Bunu SİA-ya açıqlamasında sosioloq Yusif Nəbiyev deyib.

Onun sözlərinə görə, indi isə dünya qloballaşdığına görə, xüsusən də iş dünyasında ingilis dili artıq sadəcə bir xarici dil yox, ümumi ünsiyyət və əməkdaşlıq dili kimi çıxış edir: "Buna görə də ofis və plaza dili dediyimiz sahələrdə ingiliscə sözlər, məsələn, “prezentasiya”, “lankeys”, “meeting”, “set up” kimi ifadələr geniş yayılıb. Bu, zamanla yaranan bir prosesdir və qarşısı tam alınan deyil. Dillərə yeni sözlər məhz belə daxil olur: əvvəlcə bir anlayış, bir məna yaranır (cihaz, anlayış, davranış və s.), sonra ona bir ad verilir. Əgər bu anlayışlar xaricdə yaranırsa, o zaman təbii olaraq adı da xarici dildə olur və beləliklə dilimizə daxil olur.

Bu tendensiyanı dəyişməyin və ya zəiflətməyin yolu isə Azərbaycanda öz dilimizdə elmi, texnoloji və mədəni məhsulların istehsalını artırmaqdan keçir. Yeni anlayışlar, kəşflər və fikirlər Azərbaycan dilində formalaşarsa, onların adları da Azərbaycan dilində olacaq. Yoxsa, mexaniki şəkildə hər xarici sözə “yerli” qarşılıq uydurmaqla bu prosesi dayandırmaq mümkün deyil. Məsələn, “helikopter”ə “dik uçar” və ya “razyetka”ya “elektrik yuvası” demək kimi cəhdlər reallıqda geniş yayılmır. Bu səbəbdən, bu prosesi mənfi tendensiya kimi yox, təbii dil və cəmiyyət inkişafının bir hissəsi kimi dəyərləndirmək və ona uyğun yanaşmaq lazımdır. Dilin inkişafı ilə yanaşı, gənclərimizin də dünya ilə ünsiyyət bacarıqları genişlənir, beynəlxalq əməkdaşlıq imkanları artır və nəticədə Azərbaycan dili də müasir çağırışlara uyğun olaraq zənginləşir. İstənilən halda əsas məsələ budur ki, dilimiz qorunmalı və inkişaf etdirilməli, eyni zamanda qloballaşmanın gətirdiyi yeniliklərdən səmərəli istifadə edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri