Icma.az
close
up
RU
Dilimizi niyə sevmirik?

Dilimizi niyə sevmirik?

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dilimizə iki yad damar calanıb. (Əslində, “üçdür” deyə, ingilis dilini də bu hesaba qata bilərik, ancaq bu qlobal dilin Azərbaycan dilinə təsiri hələ ki zəif məhduddur). Həmin yad damarlardan birinin kökü şimalda – Rusiyada, digəri qərbdə – Türkiyədədir. Son günlərin münaqişəsi məhz bu damarı bəsləyənlərin arasında aparılır. Bütün məsuliyyətimizlə deyə bilərik ki, çaxnaşmada öz dilimizə qahmar çıxanlar bir ovucdur...
Şübhəsiz, rus dilinin ünsürlərinin Azərbaycan dilində məqbul sayılmasına heç kim qol qoymaz. Çünki hamı agahdır ki, bu, tamamilə özgə dildir, batinində də, zahirində də bizə aid nəsə yoxdur. Təqribən 200 ilin dövranında dilimizə keçən bu, ya digər rusca sözlər həm nitqimizdə, həm də yazımızda hər kəsə “xaric not” təəssüratı bağışlayır; hətta rusdilli ailələrdə doğulub boya-başa çatan və ya rusca təhsil alan vətəndaşlarımız qayıdıb öz dilimizdə danışanda fərqinə varırlar, anlayırlar ki, söylədikləri rusca kəlmələr Azərbaycan dilinə yaddır.
SSRİ dövrünü yada salaq. Ədəbiyyatımızda neçə-neçə sanballı roman, misilsiz poeziya nümunələri o illərdə ərsəyə gəlib. Dilimizin saflığı, şirinliyi və gözəlliyindən danışarkən həmin əsərlərin adlarını çəkirik. İctimai-siyasi sahədə rus dilinin Azərbaycan dilinə, ən yüngül ifadə ilə desək, yön verdiyi illərdə axı bu necə baş verib? Çünki ədiblərimiz, elm adamlarımız başa düşürdülər ki, rus dili yaddır; o, doğma dilin libasında dərhal nəzəçarpan yamaqdır.
Bəs Türkiyə türkcəsinin təsiri haqqında da oxşar fikri deyə bilirikmi?
Təəssüf ki, xeyr. Türkiyə türkcəsi dilimizlə eyni dil ailəsinə mənsubdur, ona görə də fonetik, leksik nöqteyi-nəzərdən cəmiyyətimiz üçün doğma səslənir. Təqribən 20 ildir ki, əvvəllər televiziyadan (əlbəttə, əsasən seriallardan), ardınca da sosial şəbəkədən adamlarımızın qulağına bir ucdan türkcə sözlər axır. Həmin sözlər doğma və təbii sayıldığı üçün yavaş-yavaş qulaqdan zehnə, axırıncı 5-10 ildə isə nitqə ötürülüb, ünsiyyətə qarışıb. Eyni zamanda, mətbuatın, radio və televiziyanın dilinə, bədii ədəbiyyata, hətta rəsmi sənədlərə də ayaq açıb, elmi məqalələrdə, xəbər mətnlərində, şeir və romanlarda, habelə reklam lövhələrində, elanlarda, divar yazılarında qarşımıza çıxır...
Dilimizə calanmış yad damarların, söz yox ki, ikisi də təhlükəlidir, lakin gəlin hamılıqla bir məqamda birdəfəlik razılaşaq: Türkiyə türkcəsi Azərbaycan dilini açıq-aydın sıxışdırır, "yeyir".
Axı belə bir proses hansı zəmində baş verir? Cəmiyyətimizin Azərbaycan dilində mütaliəyə lazımi diqqət ayırmamağı, dilimizi qoruyan, ona düzgün yön verən sanballı əsərlərin qələmə alınmamağı, hamının eşitdiyi, ya oxuduğu radio, televiziya, mətbuat, habelə sosial şəbəkəyə Azərbaycan dilinin normaları üzrə nəzarətin zəifliyi, alınma sözlərin, xüsusilə də Türkiyə türkcəsinin ünsürlərinin saf-çürük, təhlil aparılmadan akademik çərçivəyə, lüğətlərə salınması və hələ neçə-neçə amilin iştirakı bu ağrılı mənzərəni doğurub…
Türkiyə türkcəsindən dilimizə keçən sözlərin, ifadələrin, cümlə quruluşlarının istifadəsinə etiraz bildirəndə, onları “parazit” adlandıranda bizə irad bildirirlər. Əvvəla deyilir: “Bu dillər eyni dil ailəsinə mənsubdur”.
İstənilən sözü müəyyən dilin vahidi saymaq üçün kökünün o dilə aidliyi dəlil deyil. Burada meyar sözün tarixən “vətəndaşlıq” qazanması, həm şifahi, həm də ciddi yazılı ədəbiyyatda işlənməsidir. Sözün 5-10, hətta daha da artıq il ərzində istifadəsi onun “vətəndaşlığ”ına əsas vermir. Söz əsrlərin axarında dildə üzvi surətdə əriməli, cilalanmalı, istər məişət, istərsə akademik səviyyədə özünə yer tapmalıdır. Kəlmənin, ifadənin konkret zümrə, təbəqə və ya fəaliyyət sahəsi tərəfindən qəbulu o demək deyil ki, onu bütöv dilə mənsub saya bilərik.
Digər etiraz arqumenti isə belədir: “Türkiyə türkcəsinin ünsürləri dilimizi zənginləşdirir, sinonimlərin sayını artırır”.
Xeyr. Məsələyə belə sadəlövh yanaşmaq həqiqəti ya görməməyin, yaxud bu, ya digər puç təəssübün naminə danmağın nəticəsidir. Həqiqətən, fikirləşirsiniz ki, “önəm”, “dönəm”, “nəysə ki”, “aşırı”, “vaz keçmək”, “güvən”, “gərəkmək”, “haqq etmək”, “tək kəlmə ilə”, “...deyə düşünürəm” və s. onlarla, yüzlərlə söz və ifadələri işlədən, hətta bu cür də yazan cavanlarımız sadalananların öz dilimizdəki doğma “sinonimlər”ini də dillərinə gətirirlər? Min dəfə xeyr! Nümunə üçün sıralasaq, görərik ki:
– “önəm” – “əhəmiyyət”;
– “dönəm” – “dövr” (yaxud yerinə görə “mərhələ”);
– “nəysə ki” – “xoşbəxtlikdən”, (“yaxşı ki”, “bəxtim gətirdi ki”);
– “aşırı” – “həddən artıq” (“həddən ziyadə”, “artıq dərəcədə”);
– “vaz keçmək” – imtina etmək” (“əl çəkmək”, “əl götürmək”);
– “güvən” – “etibar” (“etimad”, “inam”);
– “gərəkmək” – “lazım olmaq” (“ehtiyac duyulmaq”, “zərurət yaranmaq”);
– “haqq etmək” – “layiq olmaq” (“yaraşmaq”);
– “tək kəlmə ilə” – “bir sözlə” (“sözün qısası”);
– “... deyə düşünürəm” – “fikirləşirəm ki” (“düşünürəm ki”, “zənnimcə” ) və s. doğma, zəngin sözlərimiz, ifadələrimiz dilimizə calanan yad damarın ucbatından unudulur. Bizə özgə cəmiyyətin, təfəkkürün “sinonimləri" lazımdırmı? Yuxarıda mötərizələrdə sıraladığımız, hələ neçəsini də yaza biləcəyimiz öz sözlərimiz bizə kifayət deyilmi?
Əksəriyyət təbii dilimizin süni mahiyyət qazanmasını “dilin saflaşması”, “ərəb-fars sözlərindən qurtulma” adlandırır. Cəmiyyət, hətta əksər dilçilərimiz xəbərsizdirlər ki, “əsl türkmənşəli söz” adı altında məmnuniyyətlə dilimizə qatılan həmin ünsürlər, əslində, türkcə deyil. Hazırda istər məişətimizdə, istər mətbuatımızda, ədəbiyyatımızda özünə yer tapmış bu parazitləri bir neçə qrupa bölə bilərik:
– Türkiyədə 1930-cu ildə başlayan, siyasi zəminə əsaslanan dil inqilabının məhsulları . “Olay”, “önəm(li)”, “dönəm”, “toplum”, “güvən”, “qutsal”, “gündəm”, “anlam”, “təpki”, “özgür”, “öncül” və s. sözlər bir qrup dilçinin oturub, müxtəlif feillərə “necə gəldi” şəkilçilər artırmaqla uydurduqları sözlərdir;
– Dilimizdə tarixən işlənməmiş sözlər, yaxud hər dildə başqa-başqa mənalara gələn, mənasını, mahiyyətini dəyişən kəlmələr, ifadələr. Məsələn, “gərəkmək”, “yetərli”, “fərqində(lik)”, “aşırı”, “nəysə ki”, “(nəyinsə) üzərindən” (bu ifadə, adətən, “internet üzərindən qeydiyyat”, “sosial şəbəkə üzərindən danışmaq” kimi birləşmələrdə rastımıza çıxır), “haqq etmək”, “təxliyə etmək” və s;
– Dil inqilabı dövründə avropamənşəli sözlərin yamsılanması hesabına uydurulan sözlər. Belə ünsürlərin nümunələri dilimizə (hələ ki) az keçsə də, dil inqilabının mahiyyətini görmək üçün maraqlıdır. Məsələn, “gündəm” (fransızca “agenda”, latınca “agendum”), “öndər” (ingiliscə “leader” [lider]), “onur” (fransızca “honneur” [onör]), “okul” (fransızca “école” [ekol]) və s.
Türkcə sayılan ərəbcə və farsca sözlər: “qutsal”, “taksit”, “vaz (keçmək) və s.
Dilimizi bu cür yad və qeyri-təbii ünsürlərdən, uydurmaçılıqdan ona görə qorumalıyıq ki, qədim və zəngin mədəniyyətimizi əldən verməyək. Bu iddia əbəs deyil. Türkiyədə aparılmış dil inqilabı aşkar nümunədir. Həmin inqilabın ucbatından bu gün Türkiyədə nəinki gənc nəsil, hətta orta və yaşlı nəslə mənsub adamlar da öz qədim ədəbiyyat nümunələrini oxuyub başa düşmürlər. Vəziyyət elə həddə çatıb ki, hətta 1945-1950-ci illərəcən yazılmış romanlarda, hekayələrdə, elmi tədqiqat əsərlərində nəşriyyat oxucular üçün söz izahları qoymağa məcbur qalır…
Dilimiz üçün də belə bir təhlükə var. Həqiqi, ya saxta millətçilik hisslərinə qapılanlar dilimizi sadələşdirməyə çalışarkən onu, əslində, necə qəliz, əcaib-qəraib hala saldıqlarından bixəbərdirlər. Bu meyil özünə ciddi axar taparsa, qədim mədəniyyətimizdən uzaq düşəcəyik.
Cavanlarımız öz doğma dilimizi artıq unutmağa üz tutublar. Onların dilindəki yad ünsürlər sanballı kitablardan öyrəndikləri və ya elmi-texniki, ictimai-mədəni yeniliklərin öz leksikonumuzda tapa bilmədiyimiz ifadələridirsə, razılaşardıq. Halbuki həmin sözlər sosial şəbəkə jarqonlarıdır, dilin tör-töküntüsüdür. Maraqlıdır ki, gənc nəsil bəzən öz sözlərimizi də Türkiyə türkcəsinin tələffüzünə əsaslanan qəribə vurğular, uzatmalarla deyirlər. Bu, şübhəsiz ki, təfəkkürə də təsirsiz ötüşmür. Gənclərimizin nitqi bariz nümunədir ki, öz dilimizdə yox, özgə dildə fikirləşirlər. Bu nə deməkdir? Danışan şəxs zehnində də həmin dildə düşünmürsə, fikrini söyləməzdən qabaq onu ağlında başqa dildə qurursa, başqa ifadə ilə desək, beyin özgə dilə əsaslanırsa, deməli, düşüncə-dil rabitəsi pozulub.
Nə üçün dilimizə, onun taleyinə laqeydik? Gün ərzində doğma dilimizdən ziyadə digər dillərə məruz qaldıqca belə qənaət yaranır ki, söz ehtiyatımız, ifadə imkanları kasaddır. Odur ki məsələnin həqiqətinə varmadan yeni ifadə üsulları axtarır, özgə dillərə üz tuturuq. Təəssüf ki, dilçi alimlərimizin dilə vaxt-bivaxt gətirdikləri gülünc “yeniliklər”, təhsil və iş karyerasında problemlər, işəgötürənlərin qatı xarici dil tələbi, bədii ədəbiyyatımızın ürəkağrıdan vəziyyəti cəmiyyətimizi Azərbaycan dilindən sevmək şərəfindən məhrum qoyur...
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see200

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see198

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see166

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see146

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see143

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see143

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri