Icma.az
close
up
RU
Dillər Universitetində “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib AZƏRTAC

Dillər Universitetində “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Pekin Operası mədəniyyət fenomeni kimi” adlı tədbir keçirilib. Tədbir Pekin Operasında “Dan” qadın rolunun görkəmli ifaçısı Mey Lanfanın anadan olmasının 130 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan bildirilib. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tədbirdə Azərbaycan-Çin teatr sənəti əlaqələrinin tarixindən, eləcə də mədəni əməkdaşlığın səmərəli inkişafından, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən danışıb. Bildirib ki, xüsusi yazılmış mətn və texnologiya ilə həyata keçirilən musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən Pekin Operası Çinin qeyri-maddi mədəni irsidir.

O, Mey Lanfan ilə Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbül arasındakı dostluq münasibətlərindən, hər iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə bu iki sənətkarın xidmətlərindən bəhs edib.

Təqdimatlarla çıxış edən ADU-nun Çinşünaslıq fakültəsinin tələbələri Çin operasının müxtəlif regional forma və janrlarından, Mey Lanfanın Pekin Operasında apardığı islahatlardan danışıblar.

Bildirilib ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə “Tantsiyao” teatrının səhnəsində tamaşaya qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çin paytaxtında səhnələşdirilən ilk xarici operettadır. Hətta Çində Mao Tszedunun göstərişi ilə “Arşın mal alan” filminin Çin versiyası çəkilib. Həmçinin “Arşın mal alan” musiqili komediyasının Çin dilində diski buraxılıb.

Tədbirdə Çin operasına həsr olunmuş sənədli filmlərdən və görkəmli Çin ifaçısının həyat və yaradıcılığından bəhs edən “Mey Lanfan” bədii filmindən parçalar nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri