Icma.az
close
up
RU
Dillər Universitetində “Çin dili günü” keçirilib

Dillər Universitetində “Çin dili günü” keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT-nin rəsmi dillərinin özünəməxsusluğu və zənginliyinə diqqət cəlb etmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş “Çin dili günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafından, Azərbaycan və Çin dillərinin, mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı Konfutsi İnstitutunun proqramlarının həyata keçirilməsindən söz açıb.

O, ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın fəal iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. R.Abbasov Azərbaycanda Çin dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini də diqqətə çatdırıb. O, Konfutsi İnstitutu Çin dilinin tədrisi üçün mühüm platformaya çevriləcəyinə və ənənəvi Çin-Azərbaycan dostluğunun möhkəmlənməsinə, iki ölkə arasında təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanda peşəkar çinşünaslıq təhsilinin inkişafına töhfə verəcəyinə əmin olduğunu ifadə edib.

Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, vurğulayıb ki, HSK, HSKK beynəlxalq sertifikatların alınması tələbələr üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə böyük əhəmiyyət verilir.

R.Abbasov Çin dili tarixi haqqında məlumat verərək, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən də danışıb.

Tədbirin sonunda ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri rəngarəng konsert proqramı ilə çıxış edib, proqramda ənənəvi Çin musiqi alətlərində milli Çin mahnı və melodiyaları səsləndiriblər.

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, kağız kəsimi, Çin şahmatı, düyün vurulması sənəti mövzularında ustad dərsləri keçiblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitabların sərgisi da təşkil olunub.

Sonda qonaqlar məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak edib, dünyada məşhur olan yaşıl çayın ətrindən və dadından zövq alıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see285

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see280

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see239

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see230

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see217

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see216

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see212

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see212

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see208

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see207

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see200

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see197

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see190

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see186

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see180

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see174

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see173

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see164

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see161

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri