Icma.az
close
up
RU
Dillər Universitetində Çin poeziya müsabiqəsi keçirilib

Dillər Universitetində Çin poeziya müsabiqəsi keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi “Duan-u” – “Əjdaha qayıq bayramı”nı qeyd edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın tarixindən, maraqlı adət-ənənələrindən, həmçinin iştirakçıların əjdaha təsvirli qayıqlarda avarçəkmə üzrə festivalda yarışdığı bu əlamətdar gün barədə geniş məlumat verib. Qeyd edib ki, “Duan-u” bayramı, həmçinin “Şair Günü” və Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə də həsr olunub. R.Abbasov fəlsəfi ümumiləşdirmələrlə - böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət, yüksək insani keyfiyyətlər, dərin düşüncələr, ulduzların, fəsillərin, suyun, çiçəklərin bədii rəmzləri ilə dolu Çin poeziyası haqqında danışıb. O, Çin klassik poeziyasının əsas ənənəvi üslublarından və məşhur Azərbaycan şairləri - Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin, Hüseyn Arifin Çinə həsr etdikləri əsərlərindən də söz açıb. R.Abbasov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Azərbaycan” və “Çin səddi” şeirlərini Çin dilində söyləyib.

Tədbir çərçivəsində Tsui Yuanın şeirlərinin ən yaxşı ifası üzrə müsabiqə də keçirilib. ADU-nun çinşünas tələbələri “Sürgünün kədəri”, “Chu xətləri”, “Səma inciləri”, “Doqquz melodiya” “Balıqçı ata”, “Göyə suallar”, “Buludların ağası”, “Çayın şahzadəsi”, “Vətən uğrunda canından keçənlər”, “Dağ ruhları”, “Bir gözəllik haqqında düşünürəm...”, “Mandarin ağacına himn”, "Lisao" poemalarından parçalar söyləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri