Dilqəm market də iş yoldaşını öldürən Sənana hökm oxundu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Şəfiyevə hökm oxunub.
Milli.Az bildirir ki, məhkəmənin hökmü ilə Sənana 12 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, hadisə ötən ilin dekabrın 22-si "Daş Körpü" adlanan ərazidə yerləşən "Dilqəm market"də baş verib. Belə ki, marketdə satıcı-kassir işləyən Sənanla 1998-ci il təvəllüdlü satıcı Məhəbbət Hüseynov arasında süd məhsullarının yerləşdirilməsinə görə mübahisə olub. Bu zaman Sənan kolbasa doğramaq üçün istifadə edilən bıçağı götürərək ona hücum edib və qətlə yetirib.
Mərhumun yaxınları bildiriblər ki, hadisə zamanı Məhəbbət Sənanın üstünə dabankeşlə getsə də, qarşı tərəf bıçağa əl atıb. Onlar hadisəni əks etdirən kamera görüntülərinin olduğunu söyləyiblər və S.Şəfiyevə ən ağır cəzanın verilməsini tələb ediblər./Qafqazinfo
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















