Həyat yoldaşını öldürən qısqanc kişiyə HÖKM OXUNDU
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Bakıda həyat yoldaşını bıçaqlamaqda öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə hökm oxuyub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən İlham Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək dövlət ittihamçısı təqsirləndirilən İlham Hüseynovun 10 il,6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2026-cı ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib. İttihama görə, hadisəyə səbəb qısqanclıq olub.
Faktla bağlı cinayət işi açılıb. İlham Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 27 İyul 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















