Icma.az
close
up
RU
Özündən 14 yaş kiçik həyat yoldaşını öldürən şəxsə HÖKM OXUNDU

Özündən 14 yaş kiçik həyat yoldaşını öldürən şəxsə HÖKM OXUNDU

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Özündən 14 yaş kiçik həyat yoldaşını balta ilə qətlə yetirən 54 yaşlı kişinin məhkəmə prosesi yekunlaşıb.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Teymur Ocaqverdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində məlum olub ki, ötən ilin iyun ayında 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev Daşkəsən rayonunun Əmirvar kəndində özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

Mərhumun qardaşı Namiq Məsimov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onların arasında son zamanlar mübahisələr çox olub. Sonuncu davaları isə mayın 14-də yaranıb. Belə ki, həmin gün Teymur həyat yoldaşını qonşu kişi ilə yaxın münasibətdə olan zaman tutub.

Hətta qətli törədən Teymur Ocaqverdiyev bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.

Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək heyvanların onun məhəlləsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, bir gün evə gələn zaman qonşusu Elvini evində arvadı ilə tutub, bundan sonra Elvin onun ayaqlarına düşərək yalvarıb, onlar digər otağa keçib söhbət edən zaman Elvin birdən cibindən çıxartdığı cib bıçağını onun boğazına dirəyib. Sonra isə evdən uzaqlaşıb. Bundan bir müddət sonra Teymur arvadından qisas almaq məqsədi ilə həyətdən gətirdiyi balta ilə arvadını amansızcasına qətlə yetirib və özü DİN-nin "102" qaynar xəttinə zəng edərək törətdiyi cinayətini efiraf edib.

Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar.

Faktla bağlı ilkin olaraq Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və Teymur Ocaqverdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri