DİM dən 600 dən yüksək bal toplayanlara müraciət
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində iştirak etməyə dəvət edir.
DİM-dən XQ-yə bildirilib ki, təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği məqsədilə həyata keçirilən layihə 2016-cı ildən icra olunur. Layihə çərçivəsində 600 və daha yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan gənclərin təcrübəsi öyrənilir və ictimaiyyətə təqdim edilir.
Layihənin əsas məqsədi yüksək bal toplayan gənclərin təcrübəsini gələcək abituriyentlərə nümunə kimi təqdim etməkdir.
Qəbul imtahanlarında 600 və daha çox bal toplayan gənclər layihədə iştirak etmək üçün şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “Abituriyent” saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndlər üzrə doldurulmalıdır. Saytda yalnız anket-sorğunu dolduran və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “Bəli” cavabını verən gənclər haqqında məlumat yerləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















