Icma.az
close
up
RU
DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı bir daha göstərdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq imtahan təşkil etmək keyfiyyətini ciddi şəkildə itirmək üzrədir. 

Çoxları üçün bu imtahan adi görünə bilər, amma kollecə qəbul olmaq istəyənlər, hərbi liseyə hazırlaşanlar, fərqlənmə attestatı almaq istəyənlər üçün təyinedici, taleyüklü bir mərhələdir. Təəssüf ki, bu məsuliyyət şagirdlər və onların valideynləri üçün nə qədər ciddi olsa da, DİM üçün sadəcə texniki bir gün kimi görünür". 

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, imtahanın keçirilməsi zamanı baş verən texniki və təşkilati qüsurlar- xüsusilə xarici dil fənni üzrə dinləyib-anlama bölməsindəki xaos-bu qurumun əvəzolunmaz olduğunu iddia etdiyi sistemə və gənc nəsillə davranışına necə səthi yanaşdığını üzə çıxardı: 

"İmtahan modeli aydın şəkildə göstərir ki, dinləmə mətni əsasında ümumilikdə 4 test tapşırığı cavablandırılmalıdır. Bu, həm imtahan strukturunda, həm sınaq materiallarında, həm də əvvəlki illərin DİM nümunə testlərində açıq şəkildə göstərilib. Lakin imtahan zamanı mətni iki dəfə dinlətdikdən sonra, nəzarətçi tərəfindən elan olunub ki, şagirdlər dinləməyə əsasən 6 suala cavab verməlidirlər. 

Bu, tamamilə absurddur. Çünki yalnız 4 dinləmə sualı təqdim olunub, amma şagirdlərdən 5-ci, 6-cı suallara da “mətndən yadlarında qalanlara əsasən cavab vermək” tələb olunub. 13-14 yaşlı şagirdlərin gözündə bu çaşqınlıq panikaya səbəb olub. Onlar səsli mətndən istifadə edərək olmayan suallara cavab tapmağa çalışıblar. Bu isə psixoloji stres, konsentrasiya itkisi və nəticədə ümumi cavab keyfiyyətinin aşağı düşməsi ilə nəticələnib. Bu, artıq sadə texniki yanlışlıq deyil-bu səhlənkarlıq, məsuliyyətsizlik və kobud peşəkar etikasızlıqdır. 

DİM-in əsas funksiyası- imtahanı ədalətli, şəffaf və psixoloji baxımdan sabit şəkildə keçirməkdirsə, bu hadisə həmin funksiyanın tam şəkildə pozulduğunu göstərir. Üstəlik, DİM imtahanda istifadə etdiyi avadanlıqları ötən həftə 11-ci sinif imtahanından sonra dəyişmək əvəzinə, eyni sistemlə 9-cu sinif imtahanına gətirərək sadəcə xərcə düşməmək üçün uşaqları riskə atıb. Yəni büdcəni qorumaq üçün uşaq psixologiyası qurban verilib". 

Ekspertin sözlərinə görə, daha acınacaqlısı isə odur ki, DİM-in nə rəsmi açıqlaması var, nə də bu səhvin məsuliyyətini üzərinə götürəcək şəffaf mexanizmi: 

"Əgər bu cür səhvi şagird etsəydi, dərhal cavabları “4 səhv 1 düzü aparır” prinsipi ilə ləğv edilərdi. Amma DİM eyni səhvi etsə, heç bir məsuliyyət daşımır. Nəzarətçilər isə 30 manatlıq xidmət haqqının müqabilində “mən imtahan rəhbəriyəm” deyib, sistemli problemləri ört-basdır etməyə çalışırlar. Halbuki bu gənc yaşda uşaqlara yaşadılan narahatlıq və təzyiq gələcəkdə təhsilə, imtahanlara və dövlətə olan inamı zədələyə bilər. 

DİM bu hadisəyə görə ictimaiyyətə rəsmi izahat verməli, məsul şəxsləri cəzalandırmalı və həmin imtahanda iştirak edən şagirdlərin nəticələrini qiymətləndirərkən bu qeyri-müəyyənliyi nəzərə almalıdır. Əks halda, bu hal sistemli şəkildə təkrarlanacaq və ölkədə dövlət imtahanlarına olan etibar daha da azalacaq. Təhsil sistemində belə xırda görünən texniki səhvlər, əslində on minlərlə uşağın psixoloji və akademik gələcəyinə vurulan zərbədir. Təhsil yalnız test deyil, vicdandır. DİM isə bu imtahanla öz vicdanını bürokratik rahatlığa, texniki səhlənkarlığa və 30 manatlıq idarəetməyə qurban verdi". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri