Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

DİM hər dəfə sistemi daha da mürəkkəbləşdirir Ekspertdən SƏRT SÖZLƏR

DİM hər dəfə sistemi daha da mürəkkəbləşdirir Ekspertdən SƏRT SÖZLƏR

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Dövlət İmtahan Mərkəzi magistratura qəbul imtahanının nəticələrini açıqladı və nəticələrə əsasən həqiqətən də çox arzuolunmayan bir mənzərə qarşımıza çıxdı. Bildiyiniz kimi, magistratura qəbul imtahanına 23 min ətrafında müraciətçi var idi və bu müraciətçilərə görə plan yeri dövlət tərəfindən 17 688 nəfərlik ayrılmışdı. 23 min müraciətçidən müsabiqə şərtlərini ödəyənlərin sayı isə 15 721 nəfər idi, yəni plan yerlərindən də 1 967 nəfər az idi. Yəni bu ildən görünürdü ki, 1 967 yer onsuz da boş qalacaq. Bununla yanaşı, qəbul imtahanı həyata keçirildi və qəbul imtahanının nəticəsinə əsasən 13 845 nəfər qəbul oldu və 3 843 nəfər dövlət tərəfindən ayrılan plan yerləri dolmadı, boş qaldı. Yəni bu mənzərə həqiqətən də içağrıdıcı bir mənzərədir. Dövlət İmtahan Mərkəzi ümumiyyətlə magistratura qəbul imtahanının formatını dəyişməlidir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev səsləndirdi.

O qeyd etdi ki, humanitar fənləri bitirən gənclərin ən böyük narahatlığı magistratura imtahanında müəyyən nəticə əldə edə bilməmələridir:

“Burada obyektivlik də pozulur. Riyazi və informatika yönümlü ixtisasları bitirənlərin əksəriyyəti yüksək nəticə göstərir, yüksək bal toplayır, amma çox təəssüflər olsun ki, humanitar yönümlü ixtisasları bitirən gənclərimiz aşağı bal toplayır. Nəyə görə? Çünki magistratura imtahanında 50 sual riyazi məntiqdəndir, 25 sual informatikadandır, 20 sual da ingilis dilindədir, əlavə olaraq esse də var.

Mən tarixçiyəmsə və gələcəkdə tarix elmləri doktoru olmaq istəyirəmsə, niyə mənə tarix üzrə suallar verilmir? Mənə ixtisas sualları təqdim edilmir, əvəzində məntiq, informatika və xarici dil üzrə suallar verilir. Belə çıxır ki, öz ixtisasım üzrə heç bir sualı cavablandırmadan magistraturaya qəbul olunuram və gələcək akademik karyeramın təməlini tamamilə fərqli fənlər üzrə topladığım nəticə müəyyənləşdirir. Məncə, bu, absurddur”.

Mütəxəssis beynəlxalq təcrübəni araşdırdığını qeyd etdi:

“Avropanın inkişaf etmiş ölkələrində, Amerikada, Rusiyada, Gürcüstanda, hətta Ermənistanda belə magistraturaya qəbul vahid mərkəzləşdirilmiş imtahan formasında keçirilmir. Əksinə, qəbul prosesi sadələşdirilir. Universitetdə təhsil aldığı müddətdə tələbənin topladığı nəticələr magistraturaya qəbul üçün əsas meyarlardan biri hesab olunur. Bununla yanaşı, tövsiyə məktubları, CV, əmək fəaliyyəti, müxtəlif nailiyyətlər, sertifikatlar, məsələn, IELTS nəticəsi kimi göstəricilər də nəzərə alınır. Yəni qəbul prosesi çətinləşdirilməməli, əksinə, sadələşdirilməlidir. Xarici dil üzrə suallar tərtib olunur, üstəlik esse də əlavə edilir. Mən tarixçiyəmsə və tarix elmləri doktoru olacağamsa, esse mənə nə üçün lazımdır? Filologiya ixtisasını bitirib filologiya üzrə magistraturaya qəbul olunacaq bir şəxs üçün də eyni sual yaranır. Mənim üçün İKT üzrə sual hazırlanır, amma öz ixtisasım üzrə heç bir bilik yoxlanılmır. Halbuki mən gələcəkdə akademik fəaliyyətimi məhz öz ixtisasım üzrə davam etdirəcəyəm. Mən nə məntiqdən, nə də kompüter sahəsindən universitetdə dərs deməyəcəyəm. Bütün bunlar nəzərə alınmalıdır. Qəbul prosesi daha da çətinləşdirilməməlidir”.

Müsahibimizin sözlərinə görə, elə təəssürat yaranır ki, Dövlət İmtahan Mərkəzi hər dəfə sistemi bir qədər də mürəkkəbləşdirməyə çalışır:

“Mənim Amerikada yaşayan bir dostum var. Bir yerdə işləmişik. O deyir ki, bizim 11-ci sinif şagirdləri Amerikanın 11-ci sinif şagirdlərinə dərs keçə bilər. Çünki bizim şagirdlər qəbul imtahanına son dərəcə çətin proqram əsasında, 5-6 fənn üzrə hazırlaşırlar. Magistraturada da eyni vəziyyət müşahidə olunur. Nəyə görə sistemi daha da çətinləşdiririk? Beynəlxalq təcrübəyə baxmaq, müxtəlif ölkələrin modellərini öyrənmək lazımdır. Görmək lazımdır ki, inkişaf etmiş ölkələrdə magistraturaya qəbul hansı prinsiplərlə həyata keçirilir. Hansı inkişaf etmiş ölkədə magistraturaya qəbul yalnız məntiq, informatika və xarici dil bilikləri əsasında, vahid mərkəzləşdirilmiş imtahan formasında aparılır? Bir nümunə göstərmək mümkündürmü? Avropa ölkələrinin böyük əksəriyyətində magistraturaya qəbul imtahansız həyata keçirilir. Amerikada da eyni yanaşma mövcuddur. Kanadada da vəziyyət oxşardır. Çində isə qəbul imtahanı var, lakin imtahan suallarının yarısı ixtisas fənlərinə aiddir. Məsələn, tarix üzrə magistraturaya qəbul olunuramsa, tarixdən imtahan verirəm.

R.Nurəliyev bildirdi ki, bir çox ölkədə qəbul ya universitetdəki GPA göstəricisi əsasında aparılır, ya da ixtisas fənləri üzrə biliklər yoxlanılır:

“Bizdə isə çox təəssüf ki, bu yanaşma hələ də dəyişməyib. Hər il minlərlə plan yeri boş qalır. Dövlət ali təhsil müəssisələri açır, peşə təhsili müəssisələrini genişləndirir. Sabah həmin təhsil müəssisələrində işləyəcək müəllim və professor heyəti məhz magistratura pilləsindən formalaşmalıdır. Əgər humanitar sahədə təhsil almış bir şəxsin məntiq bacarığı zəifdirsə, bu o deməkdirmi ki, o, nə qədər yaxşı tarixçi, coğrafiyaçı, filoloq və ya sosial iş mütəxəssisi olsa da, magistraturaya qəbul ola bilməyəcək və gələcəkdə universitetdə dərs deyə bilməyəcək? Mövcud sistemdən belə nəticə çıxır. Məncə, bu, tamamilə absurd yanaşmadır”.

Həmsöhbətimiz təklif edir ki, magistraturaya qəbul prosesi də portal üzərindən təşkil oluna bilər.

“Hazırda Elm və Təhsil Nazirliyi portal vasitəsilə müxtəlif prosesləri həyata keçirir: tələbə köçürülməsi, əlavə təhsilə qəbul və digər xidmətlər. Dövlət İmtahan Mərkəzi yalnız ixtisas yönümlü imtahan keçirsin, nəticələri Elm və Təhsil Nazirliyinə təqdim etsin, nazirlik də həmin nəticələri portala yerləşdirsin. Daha sonra namizədlər portal vasitəsilə rahat şəkildə müraciətlərini edib qəbul prosesini tamamlaya bilsinlər. Bir məsələ də var. Universitetdə formalaşan diplom üzrə orta müvəffəqiyyət göstəricisi niyə nəzərə alınmır? Biri universiteti 90 faiz nəticə ilə bitirir, digəri isə 80 faizlə. Bu fərq niyə magistraturaya qəbul zamanı əsas meyarlardan biri olmasın? Hazırda bu göstərici yalnız namizədlərin balları eyni olduqda nəzərə alınır. Halbuki dünyanın bir çox ölkəsində məhz GPA əsas meyarlardan biridir. Biz isə hələ də vahid mərkəzləşdirilmiş və çətinləşdirilmiş imtahan modelində israr edirik. Məhz buna görə də gənclərin magistraturaya marağı azalır. Humanitar ixtisaslarda oxuyanlar magistraturadan çəkinirlər. Bəziləri isə yalnız hərbi xidmətdən möhlət almaq üçün magistraturaya müraciət edirlər və bu təhsil pilləsinə həvəssiz yanaşırlar. Halbuki dünyanın əksər ölkələrində magistratura təhsilinə ciddi maraq və tələbat var. Təəssüf ki, bizdə bu marağı magistraturaya qəbul imtahanının mövcud formatı xeyli zəiflədib. Müxtəlif istiqamətlər üzrə magistraturaya marağın artırılması üçün başqa addımlar da atılmalıdır. Lakin mən hesab edirəm ki, bu gün atılmalı olan ən vacib addım magistraturaya qəbul imtahanının formatının dəyişdirilməsidir”, - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri