Icma.az
close
up
RU
DİM in səhv sualları: "Əsas problem odur ki..." Ekspert

DİM in səhv sualları: "Əsas problem odur ki..." Ekspert

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İyunun 1-də keçirilən qəbul imtahanında bəzi test tapşırıqlarının səhv olduğuna dair iddialar sosial şəbəkələrdə həm abituriyentlər, həm də müəllimlər tərəfindən geniş şəkildə müzakirə olunur. Xüsusilə də tarix fənnindən üç test tapşırığının səhv hazırlandığı vurğulanır.


Dövlət İmtahan Mərkəzi (DİM) isə bildirir ki, imtahan nəticələri və test tapşırıqları ilə bağlı hər hansı narahatlıq və ya sual yaranarsa, abituriyentlər apellyasiya komissiyasına müraciət etmək hüququna malikdirlər.

Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, səhv suallar ola bilər, amma bu məsələni çox böyük faciəyə çevirmək lazım deyil:

“Bu, birinci dəfə deyil, insan amili olan yerdə texniki səhvlər daim olur və bundan öncə də olub. DİM bununla bağlı apellyasiya komissiyası yaradıb. Ciddi bir qurumun səhvinin bu cür müzakirə olunması təbiidir. Bundan öncə belə hallar olanda müraciət edilib və həmin suallar araşdırılıb. Nəticə etibarilə bu suallarla bağlı cavablar abituriyentlərin xeyrinə hesablanır. Belə halların olmaması daha yaxşıdır. Çünki DİM böyük resursları və peşəkar qrupu olan bir qurumdur. Bunu faciəyə çevirmək yox, araşdırmaq lazımdır. DİM sualları araşdırmalı, əgər iddialar doğru deyilsə, bunun açıqlamasını verməlidir ki, suallar doğrudur, iddialar doğru deyil. Yox, iddialar doğrudursa, bu zaman həmin suallar bütün abituriyentlər üçün düzgün cavab kimi götürülməlidir.”

Ekspertin sözlərinə görə, əsas diqqət DİM-in test mexanizmindəki problemlərə yönəlməlidir:

“Çox maraqlı cəhət odur ki, DİM-in test mexanizmində əsas problem kənarda qalıb, 1-2 sualın səhv olması böyük rezonans doğurub. Mən çox arzulayardım ki, DİM-in imtahan mexanizmində dəyişikliklər edilsin. DİM qəbul imtahanını qruplar, blok imtahanları üzrə deyil, ayrı-ayrı ixtisaslar üzrə keçirməlidir. Ən böyük problem budur. Fikir versəniz, bu gün Azərbaycan gəncinin hər 100 nəfərindən 5-i ali məktəbə öz arzuladığı ixtisas üzrə daxil ola bilir. Təqribən 150-160-a yaxın ixtisas cəmi 5 qrupda cəmləşir. Bu səbəbdən hansısa bir sahə ,r ixtisas üzrə təhsil almaq istəyən şəxs orada 15 ixtisas yazdığı üçün tamamilə arzulamadığı ixtisasa daxil olur. Bu, onun gələcək həyatına və karyerasına çox mənfi təsir göstərir”.

Lalə Novruz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri