Icma.az
close
up
RU
DİM keçid ballarını niyə artırıb? AÇIQLAMA

DİM keçid ballarını niyə artırıb? AÇIQLAMA

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Dövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün xüsüsi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə keçid ballarını artırıb.

Artım konkret olaraq hansı ixtisaslara aiddir? Balların artırılmasının səbəbi nədir?

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirib ki, artım xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara şamil olunur:

“Bu dəyişiklik yalnız idman istiqamətində olan 5 ixtisasa aiddir. Bunlar məşqçilik, ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi, fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi ixtisaslarıdır.”

X.Xanlarzadənin sözlərinə görə, bu qərar son illərdə həmin ixtisaslar üzrə formalaşan keçid ballarının yüksək olması ilə əlaqədardır:

“Burada əsas məqam müsabiqə vəziyyəti ilə bağlıdır. Bu ixtisaslar üzrə kifayət qədər imtahan iştirakçısı olur və uzun illərdir formalaşan keçid balları göstərir ki, rəqabət xeyli yüksəkdir. Hər il faktiki olaraq qeyd olunan ixtisaslar üzrə keçid balları minimal müsabiqə şərtindən (əvvəlki 60 bal) təqribən 2 dəfə çox olur. Yəni qabiliyyət imtahanından 120 və daha yuxarı keçid balı formalaşır. Belə olan halda minimal müsabiqə şərtinin aşağı olması əlverişli deyil. Çünki həmin balı toplayanlar onsuz da yekunda uğur qazana bilmirlər və daha yuxarı bal toplayanlar ali təhsil müəssisələrinə qəbul olunurlar. Bütün bunlar nəzərə alınaraq idman istiqamətinə aid məşqçilik ixtisası üzrə minimal müsabiqə şərti 70, digərləri (siyahıda var) üzrə isə 80 bal müəyyən olunub. Xatırladım ki, test imtahanında toplanıla biləcək maksimal bal 300-dür.”

Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elşən Qafarov da bu qərarın doğru olduğunu bildirib:

“Təbii ki, idman və incəsənət sahəsində xüsusi qabiliyyəti olmayan şəxslərin həmin ixtisaslar üzrə təhsil alması absurddur. Onların bu sahə üzrə qabiliyyətinin olmaması və yaxud da az olması, ötəri bacarıqlarının mövcudluğu gələcəkdə həmin sahə üzrə qeyri-peşəkar kadrların hazırlanmasına gətirib çıxarar. Biz bu kadrları nə dərəcədə hazırlaya bilirik, hazırlaya bilmirik, bu, artıq problemin başqa tərəfidir. Amma ilk növbədə qabiliyyət tələb edən ixtisaslar üzrə yalnız bu sahədə bacarığı olan şəxslər qəbul edilməlidir, təkcə arzulamaq kifayət deyil. Təbii ki, Dövlət İmtahan Mərkəzi digər qurumlarla birgə tədbirlər aparır, həmin ixtisaslara daxil olanların sonrakı təhsil və iş həyatını araşdırırlar və görürlər ki, bu şəxslərin böyük hissəsi ali məktəbə qəbul adı ilə bu ixtisasları seçirlər və həmin ixtisaslarda keçid balı az olduğu üçün qəbul olunurlar. Bu, doğru yanaşma deyil. Abituriyentlərin ixtisas seçiminə valideyn müdaxiləsi də olur, ictimai qınaq problemlərimiz də var. Bu baxımdan atılan addımı çox doğru hesab edir və alqışlayıram.”

Ekspertin sözlərinə görə, idman və incəsənət elə sahələrdir ki, burada yalnız bacarığı və potensialı olan şəxslər təhsil almalıdır:

"Nəzərə alsaq ki, incəsənət və idman sahəsinə hər bir abituriyentin peşə bacarığı və qabiliyyəti olmur və bu istiqamət üzrə sənəd verənlərin sayı da az olduğuna görə bal aşağı olur. Keçid balının aşağı olmasından istifadə edən, nəticə etibarilə bu sahəyə aidiyyəti olmayan şəxslər həmin ixtisaslar üzrə təhsil alırlar. Hər bir təhsil alana dövlət 4 il ərzində vəsait ayırır. Ancaq az balla daxil olanlar gələcəkdə onlardan gözləntiləri sıfıra endirir. Bu baxımdan qabiliyyət imtahanlarının yeni tələblərə uyğun şəkildə həyata keçirilməsi doğru addımdır.”

Lalə Novruz,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:463
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri