DİM sədri: Məktəbi bitirən kimi dərhal əmək bazarına gedən şəxslər hələ də var
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhsilini 9 və ya 11-ci sinifdə bitirəndən sonra heç bir orta, yaxud ali təhsil almadan birbaşa əmək bazarına gedən şəxslər var.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu göstərici ildən-ilə azalsa da, hələ də belə şəxslər var:
"Məktəblər bizə müraciət edə bilər və biz də 14-15 yaşlı şagirdlərə məsləhət verə bilərik ki, hansı istiqamətdə təhsillərini davam etdirsələr, yaxşı nəticə əldə bilərlər".
DİM sədri bildirib ki, bu gün abituriyentlər ixtisas seçəndə nə əmək bazarının tələbatını, nə dünyada gələcəkdə hansı ixtisaslara tələb olunmasını düşünürlər.
Baxış sayı:115
Bu xəbər 19 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















