Icma.az
close
up
RU
DİM sürücülər üçün növbəti imtahan keçirəcək

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30 ) nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 109 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), DİM-in Gəncə Regional Bölməsində (I növbə) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə (II növbə) keçiriləcək. Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan iştirakçıları nəticələrlə dərhal tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana buraxılış vərəqəsini DİM-in saytında “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap etmək olar. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini imtahana gələrkən mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan 1 saat davam edəcək. Taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçiriən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib. İmtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmaları xahiş edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri