Icma.az
close
up
RU
DİM: Taksi sürücülərinin imtahanlarında 3 nəfərin başqasının yerinə girmək cəhdinin qarşısı alınıb

DİM: Taksi sürücülərinin imtahanlarında 3 nəfərin başqasının yerinə girmək cəhdinin qarşısı alınıb

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Oktyabrın 27-də və noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi üzrə keçirilmiş imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda – xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb edilib.

DİM bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see212

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see196

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see141

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see138

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see128

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see124

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see123

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see123

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see123

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see122

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri