Icma.az
close
up
RU
DİMə Niderland təşkilatının uyğunluq sertifikatı təqdim olunub

DİMə Niderland təşkilatının uyğunluq sertifikatı təqdim olunub

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Niderlandın RCEC təşkilatı tərəfindən aparılan auditin nəticəsində DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatı təqdim olunub.

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzində (DİM) Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC) tərəfindən aparılan təkrar auditin nəticələrinə və buna əsasən DİM-ə fəaliyyəti ilə bağlı uyğunluq sertifikatının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DİM-in rəhbərliyi və kollektivi, qurumla əməkdaşlıq edən ekspertlər və imtahan rəhbərləri, ictimaiyyət nümayəndələri və RCEC təşkilatının direktoru Jan Arnold Brauer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə RCEC təşkilatı tərəfindən aparılan təkrar auditin əsas məqsədinin DİM-in Keyfiyyət İdarəetmə Sisteminin qiymətləndirilməsi ilə yanaşı, auditin nəticələrinə əsaslanaraq sisteminin effektivliyinin daha da artırılması olduğunu qeyd edib: "Bu sertifikat DİM-in fəaliyyətinin beynəlxalq standartlara uyğun olmasını təsdiqləyir. Növbəti üç il ərzində fəaliyyətimizi təkminləşdirərkən audit nəticəsində bizə verilmiş tövsiyələri həyata keçirəcəyik. Bu sertifikat dörd meyar üzrə – test tapşırıqlarının tərtibi, imtahanların təşkili, imtahan materiallarının yoxlanılması və imtahan prosesinin qiymətləndirilməsi proseslərinin auditi nəticəsində verilib.

DİM sədri Məleykə Abbaszadə isə vurğulayıb ki, Azərbaycan possovet məkanında bu sertifikatı almış ilk ölkədir.

Tədbir zamanı RCEC tərəfindən həyata keçirilmiş təkrar audit prosesinin əsaslandığı yoxlama sistemi, audit prosesinin əhatə etdiyi imtahanlar, prosesə cəlb olunan struktur bölmələr və audit meyarlarına əsasən yekun nəticələr barədə iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra isə A.Brauer çıxış edərək bildirib ki, DİM-in Keyfiyyət İdarəetmə Sisteminin təkrar auditinin uğurla tamamlanması mühüm bir nailiyyətdir.

O qeyd edib ki, bu audit yalnız qurumun yüksək keyfiyyət standartlarına riayət etdiyini təsdiqləmir, həmçinin imtahan prosesində ədalət, etibarlılıq və mükəmməlliyə sadiqliyini də nümayiş etdirir: “Qurumunuzun yüksək standartların tələblərinə olan bağlılığı təkcə Azərbaycandakı təhsilin inkişafına kömək etmir, eyni zamanda, regionda və dünyada digər qurumlar üçün də əla nümunədir”.

Çıxışın sonunda cənab Brauer audit prosesinin nəticəsi olaraq RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatını M.Abbaszadəyə təqdim edib.

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən Niderland Krallığının İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi imtahan keçirən təşkilatların keyfiyyət idarəetmə sisteminin auditi prosesini həyata keçirir. DİM-in fəaliyyətinin RCEC tərəfindən ilk dəfə auditi 2020–2021-ci illərdə aparılıb və DİM 2021-ci ildə RCEC-nin 3 il etibarlılığı olan uyğunluq sertifikatı ilə də təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri