Icma.az
close
up
RU
Din dövlətdən ayrı olsa da, Azərbaycanda... İrana MÜHÜM MESAJ

Din dövlətdən ayrı olsa da, Azərbaycanda... İrana MÜHÜM MESAJ

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran rəsmilərinin beynəlxalq münasibətlərlə bağlı açıqlamaları çox vaxt bir-biri ilə üst-üstə düşmür. Onlar bir çox hallarda bir-birinin fikirlərini təkzib edir, bəzən isə beynəlxalq siyasətə və rəhbərliyə uyğun olmayan bəyanatlar səsləndirirlər".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin məktəbli forması ilə bağlı müzakirələrə münasibəti, şübhəsiz ki, mövcud reallığı əks etdirir və Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək ifadə edir: Toyuqlu pizza

"Çünki Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlət onun daxili işlərinə qarışa bilməz. Azərbaycan xalqın və dövlətin taleyi ilə bağlı məsələləri müstəqil şəkildə həll etmək hüququna malikdir. Təəssüf ki, son günlər hicab məsələsi daha çox İran rəsmiləri və siyasətçiləri tərəfindən gündəmə gətirilir, bu məsələyə siyasi don geyindirilir. Bu, əsassız yanaşmadır. Məktəbli forması bütün şagirdlər üçün eyni olmalıdır. Şagirdlər geyimlərinə görə bir-birindən fərqlənməməli, özlərini sərbəst hiss etməli, geyimlərinə görə utanc keçirmədən təhsillərini bərabər şəraitdə davam etdirməlidirlər".

Millət vəkili vurğuladı ki, bu məsələ heç də hicabın qadağan edilməsi və ya İslam dininə laqeyd münasibət kimi qiymətləndirilməməlidir:

"Din dövlətdən ayrı olsa da, Azərbaycanda məscidlərin bərpasına və tikintisinə, dini abidələrin yararlı vəziyyətə gətirilməsinə böyük diqqət yetirilir. Din xadimlərinin ibadətlərini yerinə yetirmələri üçün də hər cür şərait yaradılıb. İsmayıl Bəqainin Bakı ilə Tehran arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirilməsi, adi məsələlərin şişirdilməməsi, onlara hüquqi və siyasi don geyindirilməməsi, qarşılıqlı hörmətin qorunması ilə bağlı fikirlərini mən də təqdir edirəm.

Biz heç vaxt İranın daxili işlərinə qarışmamışıq və belə bir niyyətimiz də yoxdur. Buna görə də qarşılıqlı münasibətlərin inkişafı, ilk növbədə, hörmətə, ehtirama və sağlam yanaşmaya əsaslanmalıdır. Dəfələrlə İran dövlətinin və rəsmilərinin diqqətinə çatdırılıb ki, Azərbaycana qarşı müəyyən təxribatlara son qoyulmalıdır. Bu istiqamətdə müəyyən nəticələr əldə edilsə də, hazırda hökm sürən ab-hava və səsləndirilən bəzi bəyanatlar Azərbaycanı qane edə bilməz. Düşünürəm ki, İran rəsmiləri bu barədə ciddi düşünməlidirlər. Çünki biz qonşu dövlətlərik. Əlaqələrimiz və münasibətlərimiz nə qədər möhkəm və davamlı olarsa, xalqlarımızın gələcək inkişafı naminə bir o qədər səmərəli addımlar atmaq mümkün olar".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Oktyabr 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri