Din insanın mənəvi olaraq kamilləşməsinə mühüm töhvə verir FİKİR BİLDİRİLDİ
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İnsanların dini inanclarının düzgün formalaşmasında ən mühüm rolu maarifləndirmə oynayır. İnsanları mütləq şəkildə bu və ya digər formada maarifləndirmək çox vacib bir məsələdir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün ölkəmizdə kifayət qədər müvafiq məsələ ilə əlaqədar olaraq kadr var və inanc məsələsində də heç bir problem yoxdur. Lakin ciddi maarifləndirmə işlərinə ehtiyac var.
Televiziya, radio və qəzetlərdə maarifləndirici məsələrə geniş yer verilməlidir və bu istiqamətdə davamlı təbliğat aparılmalıdır.
Dinin əsas mahiyyəti insanları saflaşdırmaq, onları mənəvi olaraq rahatlaşdırmaqdır. Eyni zamanda din insanın mənəvi olaraq kamilləşməsinə də mühüm töhvə verir. Bu gün dinin əsas hədəfi və məqsədi məhz budur. Bütün bunları nəzərə alaraq din mövzusunda insanların düzgün biliklənməsini təmin etmək lazımdır. Bu da birbaşa olaraq onların dini inanclarının sarsılmasının qarşısını alacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















