DİN uşaq oğurluğu ilə bağlı yayılan iddialara CAVAB VERDİ: “Qeyd olunan ünvanlarda…” VİDEO KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Son günlər sosial şəbəkələrdə bəzi rayonlarda uşaq oğurluğu ilə bağlı yayılan səs yazıları valideynlər arasında ciddi narahatlıq yaradıb. Bu məlumatlar ictimaiyyətdə də geniş müzakirələrə səbəb olub.
Lakin bu iddiaların gerçəkliyi nə dərəcədə doğrudur?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov KONKRET.az-ın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:
![]()
“Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir. Polis orqanlarına bu cür hadisə ilə bağlı heç bir məlumat daxil olmayıb. İddialar araşdırılıb və qeyd olunan ünvanlarda belə bir halın baş verdiyi təsdiqini tapmayıb. Vətəndaşlara tövsiyə edirik ki, əsassız və faktlarla dəstəklənməyən məlumatları paylaşmasınlar”- deyə nazirlikdən bildirilib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















