Icma.az
close
up
RU
Din Xadimləri Forumu iştirakçıları Prezidentə müraciət ediblər MƏTN

Din Xadimləri Forumu iştirakçıları Prezidentə müraciət ediblər MƏTN

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az müraciətin mətnini diqqətə çatdırır:
"Möhtərəm cənab Prezident,
Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət-din münasibətləri modeli Sizin müdrik siyasi iradənizlə zamanın çağırışlarına uyğun şəkildə daha da gücləndirilmiş, ölkəmizdə bütün dinlərin nümayəndələrinin qanunla təsbit olunmuş etiqad azadlığından sərbəst istifadə etməsi üçün şərait yaradılmışdır. Bu siyasət nəticəsində dini icmalar öz fəaliyyətlərini azad və şəffaf şəkildə həyata keçirir, sıx əməkdaşlıq edirlər. Dövlət tərəfindən dini abidələrin qorunması, bərpası və yenilərinin inşası, din xadimlərinin sosial təminatı, dini təhsil və maarifləndirmə sahəsində həyata keçirilən kompleks tədbirlər milli-mənəvi dəyərlərimizin yaşadılmasına, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir. Zati-alinizin rəhbərliyi altında görülən işlər dini icmaların fəaliyyətini dəstəkləməklə yanaşı, xalqımızın mənəvi həyatını zənginləşdirir, tarixi-mədəni irsin qorunmasına, yüksək əxlaqi və vətənpərvər keyfiyyətlərin təşviqinə dəyərli töhfələr verir.
Müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyinizlə qazandığımız və bu il 5 illiyini qeyd etdiyimiz Vətən müharibəsi Zəfəri tarixə xalqımızın iradəsinin və birliyinin təcəssümü kimi qızıl hərflərlə yazılmışdır. Müharibənin bitməsindən dərhal sonra sülh çağırışı etməklə Siz xalqımızın yüksək mənəvi keyfiyyətlərini, humanist və ədalətsevər ruhunu bir daha parlaq şəkildə nümayiş etdirdiniz. Növbəti dəfə sübut etdiniz ki, Azərbaycan bu qələbəni regionda davamlı sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təmin olunması üçün fürsət kimi qiymətləndirir.
İşğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq və yenidənqurma işləri dövlətimizin güclü iradəsinin, Sizin uzaqgörən siyasətinizin qürurverici nəticələridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eləcə də ölkə sərhədlərindən kənarda tarixi, mədəni və dini abidələrin bərpası, yenidən qurulması istiqamətində həyata keçirdiyi layihələr bütün dünyada ümumbəşəri mədəni irsin qorunmasına yönəlmiş nümunəvi təşəbbüslər kimi qiymətləndirilir. Bu layihələr həm də müxtəlif dini konfessiyaların, mədəniyyətlərin və xalqların tarixi irsinə dövlətimiz tərəfindən eyni dərəcədə hörmət və qayğı ilə yanaşıldığını göstərir, sivilizasiyalararası həmrəyliyin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.
Qlobal miqyasda dini və etnik gərginliklərin sürətlə artdığı, münaqişə və qarşıdurmaların beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratmaqda davam etdiyi müasir dövrdə Azərbaycanın unikal tolerantlıq və multikulturalizm təcrübəsinin əhəmiyyəti daha da aktuallaşır. Dünyanın bir çox ölkəsində islamofobiya, ksenofobiya, antisemitizm, irqi ayrı-seçkilik və dini-mədəni ziddiyyətlərin dərinləşdiyi, cəmiyyətlərdə qütbləşmə, qarşıdurma və etimadsızlıq hallarının müşahidə olunduğu məyusedici mənzərənin fonunda ölkəmizdə bütün dini, etnik icmalara hörmət və diqqətlə yanaşılması, müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoqun təşviq edilməsi sahib olduğumuz dövlət-din münasibətləri modelinin nə qədər uğurlu olmasının parlaq təzahürləridir. Heç şübhəsiz, Azərbaycan modeli regional və qlobal sülhün, humanizmin və sivilizasiyalararası dialoqun möhkəmlənməsini istəyən beynəlxalq ictimaiyyət üçün də misilsiz nümunədir.
Möhtərəm cənab Prezident! Zati-aliniz əmin ola bilər ki, biz - Azərbaycanın din xadimləri ölkəmizdə milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsi və mənəvi-əxlaqi dəyərlərimizin təbliği istiqamətində yürütdüyünüz siyasətə bundan sonra da dəstək verəcək, yalnız dualarımızla deyil, həm də praktik fəaliyyətimizlə hər zaman yanınızda olacaq, doğma Vətənimizin tərəqqisi üçün səylərimizi daha da artıracağıq.
Fürsətdən istifadə edərək Zati-alinizi doğum gününüz, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin 5-ci ildönümü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlətimizin daha da qüdrətlənməsi, xalqımızn rifahı naminə gördüyünüz müqəddəs işlərdə yeni müvəffəqiyyətlər diləyirik.
Tanrı Azərbaycanımızı qorusun və onun şanlı bayrağını daim yüksəklərdə dalğalandırsın! Uca Yaradan Zati-alinizin rəhbərliyi altında dövlətimizə daim uğurlar nəsib etsin!".
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri