Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları vəhdət namazı qılıblar.
"Report" xəbər verir ki, din xadimləri forumdan öncə Fəxri xiyabanı ziyarət ediblər.
Heydər Əliyevin məzarı önünə Forum iştirakçıları adından əklil qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Forum iştirakçıları, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin yaradılması və fəaliyyəti barədə din xadimlərinə məlumat verib.
Sonra "Heydər" məscidində vəhdət namazı qılınıb.
Qeyd edək ki, dekabrın 23-də keçiriləcək forum “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















