Icma.az
close
up
RU
“Dini dözümsüzlük də diskriminasiyanın bir növüdür”

“Dini dözümsüzlük də diskriminasiyanın bir növüdür”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Rəsmi şəxsin, bir qrup əhalinin, partiyanın parlament təmsilçisinin irqçi fikirlər səsləndirməsi doğru deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, münaqişə ocaqlarından Avropaya pənah gətirən qaçqınların taleyi göz qabağındadır. Bu insanlar xarici müdaxilələr, müharibə, aclıq və s. səbəbilə öz ölkələrindən köç ediblər:

“İnsanlar çətin müharibə şəraitinə dözməyərək Avropaya üz tuturlar. Orada isə irqçilik, ksenofobiya, islamofobiya ilə rastlaşırlar. Bəzi şəxslər isə öz ölkələrində ayrı-seçkilik olduğunu hətta təsdiq edirlər. Bu, hesab edirəm ki, aparılan siyasi kursdan asılıdır. Qanunlar, qaydalar, hətta mənəvi dəyərlər diskriminativ olmamalıdır. Dini dözümsüzlük də diskriminasiyanın bir növüdür, bu da insan hüquqlarının pozulması deməkdir. Eyni zamanda, tolerantlığa, BMT-nin İnsan Hüquqları üzrə Bəyannaməsinə də ziddir”.

Deputatın fikrincə, siyasi şəxslər tolerantlığı, multikulturalizmi aşılamalıdır:

“Miqrasiya siyasəti ilə bağlı bəzi neqativ halları dinlərə bağlamaq doğru deyil. İnsanlara qarşı ayrı-seçkilik qanunla qadağan olunmalıdır. Multikulturalizmin və tolerantlığın vətəni olan ölkəmiz və Azərbaycan xalqı bütün dinlərə, irqlərə və mədəniyyətlərə hörmətlə yanaşır və müxtəlif etnik mənsubiyyəti olan insanların Konstitusion hüquqları dövlət tərəfindən qorunur”.

Qeyd edək ki, fransalı deputat, “Milli Birlik” partiyasının nümayəndəsi Jülyen Odul islamofobiya konsepsiyasını qəbul etmədiyini və İslama qarşı mənfi münasibəti yolverilən hesab etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Aprel 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri