Icma.az
close
up
RU
Dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar

Dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

Bakıvaxtı.az müraciəti təqdim edir:

-Hörmətli Baş nazir,

Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə Sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün Sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə Ermənistanla Azərbaycan arasında mövcud sülh prosesini təhlükəyə atmaq səylərinin bir hissəsidir.

Ermənistanla Azərbaycan arasında münaqişənin yeganə səbəbi 30 ildən artıqdır ölkəmizin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı olub. İndi Azərbaycan öz ərazilərini azad etdikdən, beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə başa çatdı.

Hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar “əsir” və ya “hərbi əsir” deyillər. 1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çoxsaylı etibarlı və konkret sübutlar mövcuddur. BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında" 2019-cu il üzrə hesabatda (a/74/676 – S/2020 / 90) ermənilərin işğal zamanı törətdikləri insanlıq əleyhinə cinayətlər haqqında ətraflı məlumat verilir: https://t.co/bSVDxuJYSZ

Bəzi şəxslərin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır. Bu yaxınlarda - martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində (a/HRC/VGAD/2024/46) Ruben Vardanyan işi üzrə ədalətli məhkəmə icraatından imtina edilməsi barədə iddialar rədd olundu, məhkəmə prosedurları isə beynəlxalq standartlara uyğun olaraq qəbul edildi.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir. Ona görə də bu erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Bu çağırışlar həmçinin beynəlxalq normaların, eləcə də insanlığın əsas prinsiplərinin təhqir və pozulmasıdır. Cəzasızlıqla barışmaq olmaz.

Hörmətli Baş nazir, Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi unikal məkandır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və biz fəxr edirik ki, dünyada etnik, dini, irqi ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin harmoniya, firavanlıq şrəaitində necə bir yerdə yaşamalarının nümunəsi kimi çıxış edir.

Hamımız bilirik ki, eyni şey İngiltərə üçün də xasdır. Burada inklüzivlik, inteqrasiya və qarşılıqlı hörmətə sadiqlik həyatın bütün təbəqələrindən olan insanların inkişaf etmələrinə və harmoniyada yaşamalarına imkan verdi.

Böyük Britaniyada yaşayan və inkişaf edən Azərbaycan icması Britaniya cəmiyyətinin qonaqpərvərliyinin və həmrəyliyinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistan ilə Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər.

Erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur.

Ermənistan və Azərbaycan 2020-ci ildən intensiv sülh danışıqları aparırlar. Nəzərəçarpan irəliləyiş olsa da, bir neçə məsələ həll edilməmiş qalır. Biz Böyük Britaniyaya Ermənistanla Azərbaycan arasında keçmiş münaqişəyə dair balanslaşdırılmış mövqeyinə və regionumuzda mövcud sülh prosesini dəstəklədiyinə görə minnətdarıq. Biz əminik ki, Böyük Britaniya hökuməti Azərbaycanın regionda möhkəm sülhün bərqərar olması, eləcə də öz vətəndaşları üçün ədalətin təmin edilməsi üzrə səylərini bundan sonra da dəstəkləyəcək. Son dərəcə məsuliyyətli işinizdə Sizə ən xoş arzularımızı bildirir, Birləşmiş Krallıq xalqının daha da çiçəklənməsi və rifahı üçün dua edirik.

Səmimiyyətlə,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin

Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu

Milix Yevdayev,

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Bakıdakı Sefarad Yəhudi Dini İcmasının rəhbəri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Mart 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri