Icma.az
close
up
RU
DİNİB Tovuzda növbəti tədbirini keçirdi

DİNİB Tovuzda növbəti tədbirini keçirdi

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Tovuz şəhərində “Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev bildirib ki, Qərbi Azərbaycan dedikdə hazırda Ermənistan Respublikasının ərazisində yerləşən və əsrlər boyu Azərbaycanlıların yaşadığı yurd yerləri- İrəvan, Göyçə və Zəngəzur nəzərdə tutulur. Qərbi Azərbaycan siyasəti Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə zidd deyil. Əksinə bu bizim milli maraqlarımızla üst üstə düşür.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafiya, torpaq deyil, həm də qədim türk yurdudur. Bu torpaqlar xalqımızın minillik tarixi, mədəniyyəti, folklorunun formalaşdığı yerdir. Ç.Bayramov sözlərinə davam edərək qeyd etdi ki, Azərbaycanın və onun Prezidenti İlham Əliyev dünya miqyasında misli görünməmiş dərəcədə artan nüfuzu, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq, regionda sülhün bərpası prosesi güc tətbiq etməmək, sərhədlərin delimitasiyası, həmçinin kommunikasiya yollarının açılması kimi şərtləri özündə ehtiva edir.

Daha sonra çıxış etmək üçün söz Birliyin idarə heyətinin üzvü və layihınin eksperti Anar Əsədova verilib. Natiq qeyd edib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. İllərdir kimsəsiz qalan o torpaqlar indi Azərbaycanın iqtisadi atlasında mühüm yer tutmağa hazırdır. Bu torpaqlar təkcə qayıdışımızı yox, eyni zamanda dirçəlişi də gözləyir. Biz də xalq olaraq prosesi sürətləndirmək üçün ölkə başçısının ətrafında sıx birləşərək ona dəstək olmalıyıq.

Tədbirdə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) Qazax – Gəncə regional nümayəndəsi Ceyhun Paşayev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Tovuz rayon təşkilatının sədri Nəsimi Ələsgərov, Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəb-liseyin müəllimi İlqar Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev və “Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyinin nümayəndəsi Birliyant Qurbanova çıxış edərək bildirdilər ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 İyul 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri