Icma.az
close
up
RU
DİNİB Tovuzda növbəti tədbirini keçirdi FOTOLAR

DİNİB Tovuzda növbəti tədbirini keçirdi FOTOLAR

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Tovuz şəhərində "Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əliyev bildirib ki, Qərbi Azərbaycan dedikdə hazırda Ermənistan Respublikasının ərazisində yerləşən və əsrlər boyu Azərbaycanlıların yaşadığı yurd yerləri- İrəvan, Göyçə və Zəngəzur nəzərdə tutulur. Qərbi Azərbaycan siyasəti Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə zidd deyil. Əksinə bu bizim milli maraqlarımızla üst üstə düşür.

"Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafiya, torpaq deyil, həm də qədim türk yurdudur. Bu torpaqlar xalqımızın minillik tarixi, mədəniyyəti, folklorunun formalaşdığı yerdir. Ç.Bayramov sözlərinə davam edərək qeyd etdi ki, Azərbaycanın və onun Prezidenti İlham Əliyev dünya miqyasında misli görünməmiş dərəcədə artan nüfuzu, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq, regionda sülhün bərpası prosesi güc tətbiq etməmək, sərhədlərin delimitasiyası, həmçinin kommunikasiya yollarının açılması kimi şərtləri özündə ehtiva edir. 

Daha sonra çıxış etmək üçün söz Birliyin idarə heyətinin üzvü və layihınin eksperti Anar Əsədova verilib. Natiq qeyd edib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. İllərdir kimsəsiz qalan o torpaqlar indi Azərbaycanın iqtisadi atlasında mühüm yer tutmağa hazırdır. Bu torpaqlar təkcə qayıdışımızı yox, eyni zamanda dirçəlişi də gözləyir. Biz də xalq olaraq prosesi sürətləndirmək üçün ölkə başçısının ətrafında sıx birləşərək ona dəstək olmalıyıq. 

Tədbirdə "Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) Qazax – Gəncə regional nümayəndəsi Ceyhun Paşayev, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Tovuz rayon təşkilatının sədri Nəsimi Ələsgərov, Nəsrəddin Tusi adına Tovuz şəhər tam orta məktəb-liseyin müəllimi İlqar Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev və "Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyinin nümayəndəsi Birliyant Qurbanova çıxış edərək bildirdilər ki,  Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 İyul 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri