Icma.az
close
up
RU
DİNİB Şəmkirdə yekun tədbirini keçirdi

DİNİB Şəmkirdə yekun tədbirini keçirdi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Şəmkir şəhərində Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzində "Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində layihənin yekun tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan "Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların səsi artıq beynəlxalq tribunalar səviyyəsində eşidilməyə başlayıb və bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və xalqımızın birliyi nəticəsində mümkün olub. 

"Qərbi Azərbaycan məsələsi yalnız keçmişin xatirəsi deyil, gələcəyin çağırışıdır. Biz həm milli yaddaşımızı qoruyur, həm də gələcək nəsillərə tarixi ədalətin bərpa olunacağına inam aşılayırıq”- deyə bildirib.

Layihınin eksperti və Birliyin idarə heyətinin üzvü Anar Əsədov çıxış edərək, Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın tarixi torpaqlarına dinc yolla qayıdışı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə qəbul edilmiş "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” mühüm siyasi və hüquqi sənəd kimi çıxış edir. 

"Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq aləmdə eşidilməsi, onların hüquqlarının tanınması və tarixi torpaqlarına qayıdışı üçün biz gənclərdən, vətəndaş cəmiyyətindən tutmuş, dövlət qurumlarına qədər birliktə çalışmalıyıq. Bu məsələ yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyimizin qorunması məsələsidir”, - deyə Anar Əsədov vurğulayıb. 

Daha sonra çıxış edən icmanın Şəmkir rayonu üzrə rəhbəri Altay Qafarov və əslən Qərbi Azərbaycandan olan Rəfiqə Mürsəlova çıxış edərək öz xatirələrini iştirakçılar ilə bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see275

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see223

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see216

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see214

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see212

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see211

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see209

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see205

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see204

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see202

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see201

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see198

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see193

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see192

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see188

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri