Icma.az
close
up
RU
Diplomat, yoxsa dələduz?

Diplomat, yoxsa dələduz?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropalı diplomat Josep Borrelin adı Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. O, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışarkən öz məsuliyyətini unudaraq ermənipərəst mövqedən çıxış edir, ölkəmizlə bağlı heç bir əsası olmayan absurd iddialar səsləndirildi. Aradan az vaxt ötəndən sonra isə onun özü sərt ittihamlarla üz-üzə qalıb.

Necə deyərlər, ilahi ədalət öz yerini tapıb. Belə ki, hazırda Josep Borrelin adı dələduzluqda hallandırilir. Bu günlərdə Avropa Komissiyası onun dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib. Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib. Lakin o, davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.

Avropa Prokurorluğunun məlumatı isə daha təfsilatlıdır. Prokurorluq aparılan istintaq tədbirlərini təsdiqləyib və qeyd edib ki, axtarışlar Brüggedəki Avropa Kollecinin bir neçə binasında, Brüsseldəki Avropa Xarici Əlaqələr Xidmətində və şübhəlilərin evlərində aparılıb. Araşdırma 2021-2022-ci illərdə Aİ üzv ölkələrindən gənc diplomatlar üçün təşkil olunan doqquz aylıq təlim proqramı ilə bağlı olunb.

Avropa Prokurorluğu bildirib ki, proqramın həyata keçirilməsi üzrə tender zamanı Maliyyə qaydalarının 169-cu maddəsi - ədalətli rəqabət prinsipi pozulmuş və tenderdə iştirak edən namizədlərdən birinə mövcud satınalmalar barədə məxfi məlumat ötürülmüş ola bilər. Axtarışlardan əvvəl hüquq-mühafizə orqanları bir neçə şübhəlini toxunulmazlıqdan məhrum etməyi tələb edib və bu tələb təmin olunub. İttihamların dövlət müqavilələrinin fırıldaqla bağlanmasını, korrupsiya, maraqların toqquşması və peşə sirrinin pozulması kimi halları əhatə etməsi mümkündür.

 Belçikada nəşr olunan “Le Soir” qəzeti araşdırmanı Belçikanın Brügge şəhərinin yerləşdiyi Qərbi Flandriya bölgəsinin istintaq hakimlərinin apardığını qeyd edir. Axtarışları isə Belçika Federal Polisi həyata keçirib.

 “Euroactiv” portalı şahidlərə istinadən bildirir ki, çərşənbə axşamı səhər saat 07:30-da Avropa Xarici Əlaqələr Xidmətinin qərargahına təxminən on mülki geyimli əməkdaş daxil olub. Portalın məlumatına görə, araşdırma həmçinin Avropa Kollecinin diplomatların yaşaması üçün Şpanjardstraat küçəsindəki binanı necə əldə etməsi ilə bağlıdır. Belə “yoldaşlıq evinin” mövcudluğu tenderdə iştirak üçün vacib şərt olub.

Avropa Dələduzluqla Mübarizə Bürosu (OLAF) daha əvvəl 2021-2022-ci illərdə, yəni EEAS-a Jozep Borrelin rəhbərlik etdiyi dövrdə Aİ büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi şübhələri ilə bağlı inzibati yoxlamalar aparıb. İstintaq, Avropa Kollecinin EEAS tərəfindən maliyyələşdirilən və Brüggedə yerləşən Avropa diplomatlarının illik təlim proqramı olan Aİ Diplomatik Akademiyasının yerləşdirilməsi və idarə edilməsi üçün tender haqqında məxfi məlumatlara əvvəlcədən çıxış əldə edib-etmədiyini araşdırır.

Xüsusi diqqət müəssisənin maliyyə çətinliklərinə baxmayaraq, Avropa Kollecinin 2022-ci ildə gələcək tələbələrin yaşaması üçün təxminən 3,2 milyon avro dəyərində yaşayış binasını almasına yönəldilib. Eyni tenderin nəticələrinə əsasən, kollec Aİ-dən təxminən 654 min avro maliyyələşdirmə alıb.

Araşdırmalar başlayanadək  Avropa Kollecinə rektor Federika Mogerini rəhbərlik edib ki, o da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş Ali Nümayəndəsidir (2014-2019). Artıq Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahında aparılan axtarışlardan sonra Federika Mogerini  saxlanılıb. O, da tender saxtakarlığında şübhəli bilinir. Avropa Prokurorluğu qeyd edib ki, bu işdə saxlanılanların sayı cəmi üç nəfərdir. Aİ diplomatik xidmətində korrupsiya araşdırması zamanı həbs edilən növbəti şəxs qurumun keçmiş baş katibi Stefano Sannino olub. Üçüncü şübhəlinin adı açıqlanmır, yalnız bildirilir ki, o, Avropa Kollecinin meneceri, yəni Mogerinin işçisidir.

Josep Borrel kimi diplomatların adlarının dələduzluq, korrupsiya qalmaqallarında hallanması təəccüb doğuran və yaxud sensassiya sayıla biləcək bir xəbər deyil. Belə xəbərlər “qoca qitə”də tez-tez dolaşır. Açıqlanan faktlar onu deməyə əsas verir ki, ayrı-ayrı Avropa qurumlarında müxtəlif hüquqazidd əməllər, o cümlədən də dələduzluq, korrupsiya halları geniş yayılıb. Bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan qoca qitənin mühüm təsisatlarından olan Avropa Parlamentində bir neçə il əvvəl yaşanan korrupsiya qalmaqalı hələ də yaddaşlardan silinməyib. Həmin hadisələr zamanı Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli  siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar.

Gözləmək olardı ki, Aİ-nin qurumlarının əməkdaşları qeyd olunan qalmaqaldan sonra korrupsiyaya birdəfəlik “yox” deyəcəklər. Ancaq belə görünür ki, Avropa təsisatlarında korrupsiyanın kökləri dərinə işləyib. Əks haldda Aİ yeni korrupsiya qalmaqalı ilə silkələnməzdi. Artıq ilk həbslər baş verib. Bu siyahıda Josep Borrelin adının da yer alıb-almayacağı isə zaman məsələsidir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri