Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Xaric oxuyan diplomat

Xaric oxuyan diplomat

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə müşaviri (vəzifəyə baxın da, siz Allah) Əli Əkbər Vilayəti deyib, biz ölməmişik ki, Tramp gəlib, burda dəhlizə nəzarət eləsin.

Düz deyirsiniz, ağaye Vilayəti. Şükür Allaha, ölməmisiniz; Siz də, Ali Dini Lider də iyun bombardmanından salamat çıxmısınız. Növbətisinə Allah kərimdir.

Allaha min şükür, ananız namaz üstündəymiş, veriləcək sədəqəniz varmış. Sizin və dini liderinizin saqqalından bir tük belə əskik olmadı, yoxsa əminəm, İsraili Yer üzündən silərdiniz. Sığındığınız zirzəmidən sağ-salim çıxıb, öz evlərinizə qayıtmısınız. Bu, böyük nailiyyətdir. B-2 bombardmançılarından vaxtında qaçıb xəlvətdə gizlənə bilmək axı hər Ayətullahın işi deyil.

Bunkeriniz dərin olsun deyim, nə deyim?!

Deyirsiniz, İran "Rusiya ilə birlikdə və ya təkbaşına" Zəngəzur dəhlizinin açılmasına mane olacaq.

Hə, hə, təbii, təbii...

Gördük, İran iki ay bundan əvvəl "Rusiya ilə birlikdə və ya təkbaşına" özünü bombalardan necə qorudu! Hamı görüdü. Zəngəzurda dəhlizi Amerikadan qorumazdan qabaq, heç olmasa, öz generallarınızın mənzillərini İsrailin raketlərindən qoruyun. Bir az zəhmət olacaq amma...

Keçmişdə xarici işlər naziri olmuş ağaye Vilayəti, yenə "xaric" oxuyursunuz. Zəngəzur dəhlizinin açılmasını "Cənubi Qafqazın təhlükəsizliyinə təhdid" adlandırırsınız.

Mən isə deyirəm: "Cənubi Qafqazı siz - İran "Rusiya ilə birlikdə və ya təkbaşına" təhdid etməyin, lütfən, narahat olnayın, hər şey yaxşı olacaq. Siz özünüz İranı təhdidlərdən qoruya bilmirsiniz, nə Rusiya ilə birlikdə, nə də təkbaşına.

Bir də ki oxumuş, diplomatiyada saç ağardıb, saqqal uzatmış təcrübəli adamsınız, bu nə vəzifədir belə, oturmusunuz?! "Ali Dini Liderin beynəlxalq məsələlər üzrə müşaviri".

Yox, bir dəvə!

A kişi, yekə mollasınız, gedin özünüzə iş-peşə tapın. İrana Ali Dini Lider yox e, Ali Baş Komandan lazımdır. Dini lider hara, Silahlı Qüvvələrə əmr vermək hara?! Bu, nə sistem(sizlik)dir belə, qurub üstündə oturmusunuz və göydə bir yad raket görən kimi də, o saat qaçıb həmin "sistem"in altında gizlənirsiniz. Xalqı açıqda - nişangahda qoyub bunkerdə gizlənəndən komandan olar?!

Azərbaycan 44 gün Qarabağda işğalçıya qarşı müharibə apardı, rus-erməni raketləri ölkə boyu göydə uçuşdu, bir kimsə qaçıb bunkerə, zirzəmiyə qapanmadı. Cəbrayılda, Hadrutda, Füzulidə, Şuşada... döyüşlər gedəndə, Azərbaycanın Ali Baş Komandanı öz rezidensiyasının bağçasında - açıq havada oturub, xarici jurnalistlərə müsahibəni müsahibə üstündən verirdi. Heç bir sığınacaq axtarmırdı. Dünyanın gözü önündə oturub, dünyanın müxtəlif dillərində vəziyyəti həmin o dünyaya izah edirdi. Amma sizinki...

Nə isə. Dərinə getməyək. Müqayisənin özü ayıbdır. Gərək insan öz ayıbına kor olsun.

Ağaye Vilayəti, Sizə bir təklifim var: yaxşı olar, üzü sulu ikən hakimiyyəti Məsud Przeşkiana təhvil verin, liderinizi də götürün, gedin, oturub çayınızı için, qəlyanınızı tüstülədin. Ya da nəvələrinizlə oynayın. Qazaxın keçmiş icra başçısı demişkən: "Camaatın ... ilə oynamayın". Əsəbləri ilə. Onsuz da nə dediyinizi edə bilirsiniz, nə etdiyinizi deyə bilirsiniz. Kor atı minib köndələn çapmaq İran siyasətçilərinin çoxdankı şakəridir.

"Kor" dedim, "at" dedim. Bizdə bir məsəl var: "Axsaq atın kor nalbəndi".

İranın Ali Dini Liderinin müşavirindən danışdığımız yerdə, bilmirəm, bu məsəl hardan gəlib yadıma düşdü! Heç hənanın yeridir?! Siz Allah, heç dəxli var?!

Yəni dəxli var?!

Qara Şəhərli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri