Icma.az
close
up
RU
“Diplomatic World Sweden” Xocalı faciəsindən yazıb

“Diplomatic World Sweden” Xocalı faciəsindən yazıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpus və səfirliklərin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” internet saytında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş ən böyük qırğın haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 mülki azərbaycanlının həlak olması barədə məlumat verilir.

Müəllif qeyd edir ki, Xocalı 1991-ci ilin son aylarında Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmış strateji əhəmiyyətli şəhər olub. Hücum günü sakinlər şəhəri tərk etməyə çalışsalar da, onları təqib edərək qətlə yetiriblər və işgəncə veriblər. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni Qarabağ münaqişəsi zamanı Ermənistanın ərazi ambisiyaları və “Böyük Ermənistan” yaratmaq ideyalarının törətdiyi ən dəhşətli cinayətlərdən biri kimi tanıyıb.

Məqalədə Xocalının azərbaycanlıları öz torpaqlarından qovmağa yönəlmiş daha geniş etnik təmizləmə kampaniyasının bir hissəsi olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan onilliklər ərzində faciənin soyqırımı aktı kimi tanınmasına çalışır. Artıq bir sıra ölkələr, o cümlədən Pakistan, Türkiyə və Meksika, eləcə də ABŞ-ın 28 ştatı qətliamı soyqırımı kimi tanıyıb.

Məqalədə Bakıda 2025-ci ilin yanvarında erməni separatçı rejiminin 16 keçmiş liderinə qarşı başlanmış məhkəmə proseslərinə xüsusi diqqət yetirilir. Bildirilir ki, onlar soyqırımında, hərbi cinayətlərdə və qanunsuz silahlı birləşmələrdə iştirakda ittiham olunurlar. Məhkəmə prosesləri ədalətin bərpası və günahkarların cəzalandırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Müəllif vurğulayır ki, məhkəmə prosesinə baxmayaraq, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında açıq yara olaraq qalır. Azərbaycan soyqırımının tam tanınmasını, təzminat ödənilməsini və Ermənistanın cinayətləri inkar etməsinə son qoyulmasını tələb etməkdə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri