Icma.az
close
up
RU
“Diplomatic World Sweden” Azərbaycanın iqlim liderliyi barədə yazıb

“Diplomatic World Sweden” Azərbaycanın iqlim liderliyi barədə yazıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Stokholm, 23 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdəki siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün yaradılmış “Diplomatic World Sweden” saytında Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfəyə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə hər il aprelin 22-də qeyd edilən Beynəlxalq Yer Günü münasibətilə hazırlanıb.

Məqalədə Azərbaycan neft keçmişinə malik bir ölkənin dayanıqlı enerji gələcəyinin təmin edilməsində əsas aktora çevrilə biləcəyinin parlaq nümunəsi kimi təqdim olunur. Əlamətdar hadisəyə - 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin iqlim konfransı - COP29-a xüsusi diqqət yetirilir. Müəllifin fikrincə, məhz bu andan Azərbaycan yaşıl inkişafa doğru kursunu sürətləndirib, beynəlxalq əməkdaşlığa dair siyasi iradə və hazırlıq nümayiş etdirib.

Məqalədə Mərkəzi Asiyanın enerji resurslarını Azərbaycan vasitəsilə Avropaya birləşdirmək üçün 10 milyard avro dəyərində nəhəng təşəbbüs olan “Yaşıl Enerji Dəhlizi” layihəsi əsas yer tutur. Layihənin ən mühüm elementi Qara dənizin altından 1200 kilometr uzunluğunda sualtı kabel xəttidir və bu, perspektivdə 6 giqavata qədər yaşıl enerji hasil edəcək. Avropa İttifaqı artıq layihəyə dəstəyini ifadə edib və 2,3 milyard avro vəsait ayırıb.

Müəllif, həmçinin Azərbaycanın bərpaolunan enerji potensialının sürətlə artdığını, hazırda onun 1,7 giqavatdan 2030-cu ilədək planlaşdırılan 6 giqavata çatacağını vurğulayır. O, ümumi gücü 10 giqavatdan çox olan layihələrin həyata keçirilməsi üçün artıq müqavilələr imzalanığını da diqqətə çatdırır. Qazaxıstan və Özbəkistanla ayrı-ayrılıqda Xəzər dənizi üzərindən yüksəkgərginlikli xəttin çəkilməsinə dair sazişlərin imzalandığı qeyd olunur ki, bu da Azərbaycanı Asiya ilə Avropa arasında əsas enerji qovşağına çevirir.

Məqalədə ölkənin daxilindəki inkişaf prosesləri də yer alıb. Qeyd olunur ki, Naxçıvanda və Şərqi Zəngəzur rayonunda “ağıllı” və iqlimə dayanıqlı şəhərlər layihələri həyata keçirilir, bu prosesdə günəş panellərindən, ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə olunur. Xüsusən, Şərqi Zəngəzur postmünaqişə dövründə bərpa işlərinin ekoloji transformasiya üçün şans kimi istifadə edilə biləcəyinin örnəyinə çevrilib.

Bundan başqa, məqalədə Azərbaycan ilə İsveç arasında əməkdaşlığın, xüsusilə təmiz texnologiyalar, sirkulyar iqtisadiyyat və dayanıqlı şəhər mühitinin inkişafı üzrə əlaqələrin möhkəmləndiyi diqqətə çatdırılır.

Müəllif məqalənin sonunda yazır: “Azərbaycan cəsarətli liderliyi, qlobal əməkdaşlıq və uzaqgörən yanaşma sayəsində təkcə öz xalqına deyil, həm də bütün planetə ümid bəxş edən yeni səhifə yazır. Burada siyasi qətiyyət, strateji təfəkkür və beynəlxalq tərəfdaşlığın vəhdəti var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri