Icma.az
close
up
RU
“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub

Icma.az, Sia Az saytına istinadən bildirir.

Əsas auditoriyası diplomatlar, siyasətçilər, eləcə də İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri olan “Diplomatic World Sweden” saytı noyabrda Bakıda keçirilən iqlim sammitinə məqalə həsr edib. SİA xəbər verir ki, “Bakıda keçirilən tarixi COP29 iqlim konfransından sonra dünya nəhayət bir ümid şüası tapır” sərlövhəli məqalənin müəllifi qeyd edir ki, forum iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixi hadisəyə çevrilib. Konfrans iştirakçıları 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə yardım üçün hər il 1,3 trilyon dollar toplamaq məqsədi daşıyan iddialı Bakı Maliyyə Məqsədini qəbul etdilər. Bu qərar beynəlxalq ictimaiyyətin ən həssas ölkələri dəstəkləməkdə prioritet olduğunu vurğulayır.

Konfransın mühüm diplomatik danışıqlar platformasına çevrildiyi bildirilir. Nəticədə sənayeləşmiş ölkələr hər il 300 milyard dollar ayırmağı öhdələrinə götürdülər ki, bu da əvvəlki planlardan 50 milyard dollar çoxdur. Danışıqlara töhfə verən investorların və özəl sektorun rolu vurğulanır.

Məqalədə yüksək şəffaflıq səviyyəsinə malik karbon bazarlarının yaradılmasına yol açan Paris Sazişinin 6-cı maddəsinin müzakirəsindəki irəliləyişə xüsusi diqqət yetirilir. Bu bazarların 2050-ci ilə qədər hər il 1 trilyon dollara qədər gəlir əldə edəcəyi və eyni zamanda milli iqlim strategiyalarının xərclərini azaldacağı gözlənilir.

Nəşr qeyd edir ki, konfrans bir sıra əsas təşəbbüslərin platformasına çevrilib. Enerjinin saxlanması, elektrik şəbəkələrinin modernləşdirilməsi və hidrogen texnologiyalarının inkişafı sahələrində razılaşmalar əldə edilib. Bu addımlar bərpaolunan enerjiyə keçidi sürətləndirməyə və qazıntı yanacaqdan asılılığı azaltmağa kömək edəcək.

Məqalədə konfransın maliyyə uğuru - 7,3 milyard dollar toplandığı vurğulanır. Həmçinin İtki və Zərər Fondunun isə ən həssas ölkələrə kömək etmək üçün 730 milyon dollardan çox vəsait aldığı qeyd edilib.

Sonda deyilir ki, COP29 innovativ yanaşmalar, maliyyə ambisiyaları və beynəlxalq əməkdaşlığın qlobal çağırışların öhdəsindən necə gələ biləcəyini nümayiş etdirdi. Bakı iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin birliyinin simvoluna çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2024 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri