Icma.az
close
up
RU
Diplomatik fəallıq, regional liderlik

Diplomatik fəallıq, regional liderlik

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Qlobal və regional təhlükəsizlik sistemlərinin transformasiya dövrünə qədəm qoyduğu bir vaxtda, dövlətlərin milli maraqları prioritetə çevrilir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 may 2025-ci il tarixdə Macarıstanda verdiyi bəyanat, təkcə ikitərəfli münasibətlərin səciyyələndirilməsi baxımından deyil, həm də Azərbaycanın geosiyasi mövqeyinin müəyyənləşdirilməsi kontekstində mühüm siyasi mesajlar ehtiva edir. Artıq cənab Prezident İlham Əliyevin çıxışı siyasi aspektlər baxımından təhlil edilir və bu çıxışın regional sabitlik, beynəlxalq hüquq, diplomatik təşəbbüskarlıq və təşkilatlararası münasibətlərə təsiri analiz olunur. Bizim Müstəqil xarici siyasət kursumuz var və Azərbaycanın beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasət prinsipial şəkildə müstəqillik və balanslı tərəfdaşlığa əsaslanır.

Prezident İlham Əliyevin Budapeştdə qeyd etdiyi kimi, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir. Bu sitat Azərbaycanın da oxşar yanaşmanı öz siyasətində əsas tutduğunu göstərir. Analitiklər bu yanaşmanı “pragmatik suverenlik modeli” kimi xarakterizə edirlər. Bu modeldə dövlətlər nə NATO, nə də Rusiya ilə birbaşa bağlılıqdan asılı olmadan milli maraqlar əsasında qərarlar verirlər. Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi Azərbaycanın rolunu vurğulamış, lakin Ermənistan konstitusiyasında hələ də mövcud olan ərazi iddialarını əsas əngəl kimi göstərmişdir: “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası vardır”. Bu kontekstdə Ermənistan tərəfindən 1990-cı illərin narrativlərinə əsaslanan dövlət quruluşu artıq bölgədə yeni reallıqlarla uyğun gəlmir Azərbaycan isə beynəlxalq hüququ əsas tutaraq öz ərazi bütövlüyünü bərpa etmiş və BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək hərbi əməliyyatlara haqq qazandırmışdır.
ATƏT-in Minsk qrupu artıq faktiki fəaliyyət göstərmir və Prezident Əliyev bu qurumun hüquqi baxımdan da ləğvinin zəruriliyini qeyd etmişdir: “Bu ( Minsk qrupu) artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir.” Bu yanaşma Azərbaycanda formalaşan “effektiv diplomatik mexanizmlərin üstünlüyü” prinsipinə əsaslanır. Əldə olunmuş uğurlar, bir çox hallarda ikitərəfli və ya subregional əməkdaşlıq modellərinin daha çevik olduğunu sübut etmişdir. Prezident bəyanatında Türk dünyası ilə siyasi-mədəni birliyin güclənməsindən də danışıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən qeyri-rəsmi Zirvə görüşlərinin davamlılığı, Azərbaycanın regional mədəni-siyasi inteqrasiya təşəbbüslərində liderliyini ortaya qoyur: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur.”
Bu formatın Şuşadan Macarıstana keçməsi isə Türk coğrafiyasının Avropa ilə inteqrasiyası baxımından simvolik önəm daşıyır. Enerji resurslarının qlobal siyasi münasibətlərdəki rolu artdıqca, bu sahədə formalaşan tərəfdaşlıqlar da strateji əhəmiyyət daşımağa başlayır. Prezident İlham Əliyevin Budapeştdə verdiyi bəyanatda Azərbaycan-Macarıstan münasibətlərində enerji, yaşıl iqtisadiyyat və strateji investisiyalar kontekstində mühüm məsələlər də önə çəkilmişdir. Azərbaycan 2024-cü ildən etibarən Macarıstana təbii qaz ixracına başlamışdır. Bu barədə Prezident İlham Əliyev bildirmişdir: “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Bizim qaz resurs bazamız kifayət qədər genişdir”.
Bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasında Azərbaycanı əsas tərəfdaş kimi tanımasına səbəb olmuşdur. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir. Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi iri layihələrdə iştirak edir. Prezident Əliyev qeyd edir: “Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq..Macarıstan şirkəti Azərbaycanın quruda yerləşən neft yataqlarında fəaliyyətə başlayacaq.” Bu cür əməkdaşlıq modeli, Avropa enerji bazarında uzunmüddətli və sabit təchizat zəncirinin qurulmasına imkan verir.
Azərbaycanın 6 min meqavatlıq yaşıl enerji istehsalı planı, enerji diplomatiyasını post-karbon dövrə uyğunlaşdırma niyyətini ortaya qoyur: “Bu layihələr bizə 3-4 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək”. Bu strategiya Azərbaycanı həm yaşıl texnologiyalar sahəsində tərəfdaş, həm də karbon izini azaltmaqda model ölkəyə çevirir. Prezident İlham Əliyevin Budapeştdəki çıxışı Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir. Geosiyasi suverenlik, hüquqi əsaslı sülh təşəbbüsləri, regional təşkilatlar vasitəsilə diplomatik genişlənmə və funksiyasız beynəlxalq mexanizmlərə alternativ təkliflər bu çıxışın əsas siyasi komponentləridir.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 May 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri