Icma.az
close
up
RU
Diplomatik uğurdan regional sabitliyə ŞƏRH

Diplomatik uğurdan regional sabitliyə ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın son dövrlərdə apardığı xarici siyasət kursu regionda sabitliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından yeni reallıqlar formalaşdırır. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışı bu reallıqların həm siyasi, həm də praktiki müstəvidə təsdiqidir. Xüsusilə diqqət çəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsidir. Bu fakt təkcə diplomatik jest deyil, həm də iki ölkə arasında formalaşmaqda olan etimad mühitinin göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və qəbul edilən bu qərar regionda balanslı yanaşmanın təmin olunmasına xidmət edir. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və təşəbbüskarlıq imkanlarının göstəricisidir.
Cənab Prezidentin vurğuladığı kimi, cəmi doqquz ay ərzində sülh şəraitində yaşamağa doğru atılan addımlar artıq konkret nəticələr verir. Bu müddət ərzində formalaşan yeni münasibətlər sistemi regionda uzun illər davam edən qarşıdurma mühitinin aradan qalxması istiqamətində mühüm mərhələ hesab oluna bilər. Ermənistanın Azərbaycanın təşəbbüslərini dəstəkləməsi isə sülhün real və davamlı olacağına dair ümidləri gücləndirir.
Sülh prosesinin ən mühüm göstəricilərindən biri də iqtisadi və logistika sahəsində əldə olunan nəticələrdir. Azərbaycanın uzun illər tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması regionda yeni iqtisadi əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradıb. Artıq Ermənistanın Azərbaycan ərazisi vasitəsilə minlərlə ton yük daşıması tərəflər arasında qarşılıqlı etimadın praktik müstəvidə təzahürüdür. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın başlanması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsi iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu addım yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm mesajdır: regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli formalaşır. Bu kontekstdə Vaşinqtonda əldə olunmuş razılaşmaların rolu da diqqətdən kənarda qalmır. ABŞ paytaxtında imzalanan birgə sənədlər və əldə edilən razılaşmalar sülh prosesinə beynəlxalq legitimlik qazandırmaqla yanaşı, tərəflər arasında dialoqun davamlılığını təmin edir. Bu isə regionda sabitliyin uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir.
Ümumilikdə, Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma və təşəbbüskarlıq regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına təkan verir. Siyasi iradə ilə praktiki addımların vəhdəti göstərir ki, sülh artıq yalnız bəyanatlarda deyil, real həyatda öz əksini tapmağa başlayır. Bu isə həm Azərbaycan, həm də bütövlükdə region üçün yeni inkişaf mərhələsinin əsasını qoyur.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri