Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Zəngəzur dəhlizi regiona yeni diplomatik fəallıq gətirir

Zəngəzur dəhlizi regiona yeni diplomatik fəallıq gətirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu layihənin əlavə tranzit marşrutlarını təmin etmək potensialı böyükdür

Tarixi qanunauyğunluq budur ki, coğrafi mövqe dövlətlərin taleyini müəyyənləşdirir. Qədim İpək Yolunun Azərbaycan ərazisindən keçməsi ölkəmizin əsrlər boyu Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm tranzit qovşağı rolunu oynamasına töhfə verib. Bu gün həmin tarixi miras müstəqil Azərbaycanın geosiyasi strategiyasında yeni məzmun qazanır. Hazırda regional və qlobal aləmin diqqətində Zəngəzur dəhlizi (TRIPP) dayanır. Söhbət təkcə Azərbaycanın milli maraqlarından deyil, həm də bütövlükdə türk dünyasının strateji inteqrasiyasından, marşrutun Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olaraq Avrasiyanın nəqliyyat xəritəsindəki əhəmiyyətindən gedir. 

Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə məsələ ilə bağlı qeyd etdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Şübhəsiz, reallaşacaq Zəngəzur dəhlizi (TRIPP) Şimal–Cənub marşrutunun davamı kimi strateji rola malikdir. Oxuculara xatırladaq ki, Şimal–Cənub (North-South Transport Corridor, NSTC) Rusiya, İran və Hindistan başda olmaqla bir neçə ölkəni birləşdirən beynəlxalq logistika marşrutudur və əsas məqsədi Avropa ilə Cənubi Asiya arasında yük daşımalarını sürətləndirmək, logistika xərclərini azaltmaq və ticarət dövriyyəsini artırmaqdır. Şimal–Cənub dəhlizi həm dəniz, həm də quru yollarından istifadə etməklə yüklərin Rusiya, İran üzərindən Hindistana və əks istiqamətdə daşınmasını təmin edir. Dəhliz yükü Rusiya limanlarından Xəzər dənizi vasitəsilə İran limanlarına çatdırır, oradan isə Hindistana və ya digər Cənubi Asiya ölkələrinə yönləndirir. Rusiya və İran arasında dəmir yolu infrastrukturunun aktiv istifadəsi yük daşımalarının sürətini əhəmiyyətli dərəcədə artırır, logistika xərclərini isə azaldır. Marşrut Avropa–Asiya ticarət əlaqələrində alternativ yol kimi çıxış etməklə Rusiya və İran üçün tranzit imkanlarını genişləndirir, Hindistanın Avropaya çıxışını asanlaşdırır. Azərbaycanın ərazisi isə dəhlizin kritik hissəsini təşkil edir. Çünki Bakı limanı, dəmir yolu və magistral yollar vasitəsilə yük Rusiya və İran üzərindən gələn marşrutlarla birləşdirilir. Ölkəmiz eyni zamanda logistika infrastrukturunu modernləşdirir, sərhəd-keçid məntəqələrini optimallaşdırır və rəqəmsal gömrük sistemlərinə keçid edərək yük daşımalarının sürət və təhlükəsizliyini artırır.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” çərçivəsində Şimal–Cənub nəqliyyat dəhlizinin potensial imkanlarını genişləndirməyə yönəlmiş kompleks tədbirlər nəzərdə tutulub. Bu tədbirlər dəhlizin tranzit funksiyasını artırmaqla prosesdə rəqəmsallaşmanın tətbiqini və beynəlxalq standartlara uyğunlaşmanı təmin edir. Planın prioritet istiqamətlərindən biri sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsidir. Sözügedən istiqamətdə görülən işlər kompleks şəkildə Şimal–Cənub dəhlizinin tranzit potensialını reallaşdırmağa xidmət edir, Azərbaycanı Avropa-Asiya ticarət əlaqələrində strateji mərkəz kimi möhkəmləndirir. Sözügedən yanaşma yükdaşımaların təhlükəsizliyini və sürətini təmin edərək regionda rəqabət qabiliyyətini yüksəldir və beynəlxalq ticarət dövriyyəsinin optimallaşdırılmasına töhfə verir. Zəngəzur dəhlizi (TRIPP) isə Şimal–Cənub xəttinin əhəmiyyətli tamamlayıcısıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsi yaradacaq marşrut regional inteqrasiyanı gücləndirməklə yanaşı, həm də yük daşımalarını daha sürətli və etibarlı edəcək. Şimal–Cənub dəhlizindən gələn yüklər Azərbaycan üzərindən Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Türkiyə və Avropaya yönəldiləcək, bu da tranzit imkanlarını xeyli şaxələndirəcək.

Azərbaycan Orta Dəhlizin əsas aktorlarından biridir. Ölkə həm tranzit yük həcminin artırılması, həm də logistika infrastrukturunun modernləşdirilməsi baxımından önəmli rol oynayır. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu kimi mövcud marşrutlar Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsinə şərait yaradır. Bununla yanaşı, liman infrastrukturu və tranzit xidmətlərinin inkişafı Azərbaycanı strateji tərəfdaş kimi daha cəlbedici edir. Avropanı Asiya ilə birləşdirən region ölkələrinin iqtisadi və siyasi inteqrasiyasını gücləndirən strateji platformaya çevrilib. Orta Dəhlizin inkişafı yük daşımalarının daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verərək qlobal logistika xərclərini azaldır və Avropa-Asiya ticarət dövriyyəsində Azərbaycanın mövqeyini gücləndirir. Bu kontekstdə də  Zəngəzur dəhlizinin (TRIPP) Orta Dəhlizə inteqrasiyası layihənin strateji dəyərini daha da artırır.

Beləliklə, Zəngəzur dəhlizi (TRIPP) regional etimadın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Dəhlizin fəaliyyətə başlaması ilə Cənubi Qafqazda ölkələrarası qarşılıqlı əlaqələr daha səmərəli və şəffaf xarakter alacaq, potensial gərginliklər azalacaq. Azərbaycanla qonşu ölkələr arasında çoxtərəfli tərəfdaşlıq üçün platforma rolunu oynayan layihə həm də regional stabilliyin təminatına töhfə verəcək. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya dövlətləri də Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Avropa və Türkiyə bazarlarına daha qısa, təhlükəsiz və sabit marşrut əldə edəcəklər. Bu isə regional ticarət axınlarını sürətləndirməklə yanaşı, Avrasiya ölkələri arasında qarşılıqlı iqtisadi əməkdaşlığı dərinləşdirəcək.  

Fərhad MƏMMƏDOV, 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

Azərbaycanda həm şərq, həm də qərb istiqamətində artıq bir yol formalaşıb ki, bu, Bakı-Tbilisi-Qarsdır. Hazırda ölkəmiz işğaldan azad olunmuş ərazilərdə eyni istiqamətdə ikinci marşrut olacaq Arazboyu dəmir yolunu tikməkdədir. Müxtəlif istiqamətləri əhatə edən bu marşrutlar bir sıra ölkələrə mühüm dividendlər qazandıracaq. İlk növbədə vurğulanmalıdır ki, yüklərin yönəldilməsində ABŞ-ın marağı özünü büruzə verir. Digər tərəfdən Zəngəzur dəhlizi (TRIPP) şimal və cənub istiqamətində də istifadə oluna bilər. Bunu Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bildirmişdi ki, yüklər Rusiyadan Bakıya və daha sonra Zəngəzur dəhlizi vasitəsilə Culfaya, oradan da İran istiqamətinə daşına bilər. Proses qardaş ölkə Türkiyə istiqamətində də malların yönləndirilməsinə töhfə verəcək. Yeni təməli qoyulmuş və Zəngəzur dəhlizinin (TRIPP) mühüm hissəsi olan Qars-Naxçıvan dəmir yolu vasitəsilə isə Qara dənizdən Körfəz ölkələrinə qədər dəmir yolu imkanlarının genişləndirilməsi mümkündür. Yəni Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ümumi kommunikasiyaların açılmasına, yeni dəmir yollarının inşasına, şimal, cənub, şərq və qərb istiqamətində nəqliyyat yollarının formalaşmasına gətirib çıxara bilər. Şübhəsiz, bundan həm sadaladığımız coğrafiyada olan ölkələr, həm də Azərbaycanın dörd bir tərəfində olan dövlətlər fayda görəcək.

Nəzrin ELDARQIZI 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri