Icma.az
close
up
RU
Diplomatik xidmətə qəbulda müsabiqənin yazılı imtahan mərhələsindən azad edilən kateqoriyalar məlum olub

Diplomatik xidmətə qəbulda müsabiqənin yazılı imtahan mərhələsindən azad edilən kateqoriyalar məlum olub

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qanunla müəyyən edilən hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda), diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş və sənədləri yoxlanılmış namizədlər müsahibədə iştirak edirlər.

Aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsindən azad edilirlər:

- elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

- attaşe vəzifəsində diplomatik xidmətə qəbul üçün azı 3 (üç) il, ikinci katib və üçüncü katib vəzifələrində diplomatik xidmətə qəbul üçün azı 6 (altı) il, şöbə müdiri və birinci katib vəzifələrində diplomatik xidmətə qəbul üçün azı 9 (doqquz) il dövlət orqanlarında (qurumlarında) və ya beynəlxalq təşkilatların orqanlarında ali təhsil tələb olunan vəzifələrdə qulluq (xidmət) və ya əmək stajına malik olan şəxslər;

- Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər.

Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müsahibədən əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır və sənədləri yoxlamadan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibədə iştiraka buraxılırlar. Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxslərin diplomatik xidmətə qəbulundan imtina üçün əsasdır. Diplomatik nümayəndəliklərdə və konsulluqlarda diplomatik xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təyinatı əsasında həyata keçirilir.

Aşağıdakı hallarda diplomatik xidmətə qəbul zamanı müsabiqə keçirilmir:

- xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi, idarə rəisinin müavini və müşavir vəzifələri üzrə;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik, xüsusi və ya hərbi rütbə, yaxud ixtisas dərəcəsi verilmiş şəxslərə münasibətdə;

- “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulan (hərbi qulluqçular istisna olmaqla) vəzifələrdən azad edilmiş (səlahiyyət müddəti başa çatmış) şəxslərə münasibətdə;

- ali – üçüncü təsnifat inzibati vəzifələrdə qulluq keçən və həmin vəzifələrdə qulluğuna xitam verilmiş şəxslərə münasibətdə;

- öz arzusu ilə xidmətə xitam verilməsi barədə ərizə yazdıqda, diplomatik xidmət orqanlarından kənar ödənişli vəzifəyə təyin edildikdə və ya seçildikdə (bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), əmək qabiliyyətinin fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirilməsi ilə əlaqədar xidmət funksiyasını yerinə yetirə bilmədikdə, diplomatik xidmət orqanının ştat vahidləri ixtisar edildikdə diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına münasibətdə.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri