Icma.az
close
up
RU
Diplomatiya tariximizin yeni şanlı səhifəsi

Diplomatiya tariximizin yeni şanlı səhifəsi

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetində xüsusi iclas keçirilib

Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclası keçirilib. İclası giriş nitqi ilə açan Baş nazir Əli Əsədov Azərbaycan Prezidentinin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfərinin ölkəmizin beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açdığını bildirib. Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust Zəfərinin Prezident İlham Əliyevin güclü liderliyinin, qətiyyətinin və prinsipiallığının məntiqi nəticəsi olduğu vurğulanıb.

Vaşinqtonda keçirilmiş görüşlərin və imzalanmış sənədlərin əhəmiyyəti barədə bəhs edən Baş nazir səfərin bir tərəfdən Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm addımların atılması ilə əlamətdar olduğunu diqqətə çatdırıb. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) ilə bağlı əldə edilmiş razılığın əhəmiyyəti vurğulanaraq, layihənin Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, regionda nəqliyyat əlaqələrinin inkişafına, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyi diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq, müvafiq tapşırıqların icrası üçün hökumət tərəfindən gündəlik əsasda işin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

“Prezident İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır”. Baş nazir Əli Əsədov əlavə edib ki, Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ Evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir.

Ə.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi: “Bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir. Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır”.

Baş nazir vurğulayıb ki, postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür: “Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir”.

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitin yekununda imzalanmış Birgə Bəyannamənin Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir, deyən Baş nazir bildirib ki, birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir: “İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu. Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Ə.Əsədov bəyan edib ki, Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini ifadə edir: “Xüsusilə yeni dəhlizin açılması üzrə razılaşma Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasını təmin etməklə və onun sosial-iqtisadi inkişafına xüsusi təkan verməklə yanaşı, eyni zamanda regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur. Dəhlizin açılması Azərbaycan Hökuməti qarşısında yeni və məsuliyyətli bir çağırışdır. Bu məqsədlə ilkin mərhələdə gündəlik əsasda gərgin iş aparılmalıdır”.

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanıldığını deyən Baş nazir qeyd edib ki, uğurla icra olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: “Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bu illər ərzində azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edirlər. Son zamanlar Azərbaycana səfər edən dövlət və hökumət başçıları bir qayda olaraq işğaldan azad edilmiş ərazilərimizə də səfər edir və Prezident İlham Əliyevin apardığı genişmiqyaslı işləri böyük heyranlıq hissi ilə qeyd edirlər”.

Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı baş nazirin müavini Şahin Mustafayev deyib ki, bu hadisə Azərbaycanın yüksəlişinin və artan nüfuzunun nəticəsidir: “Prezidentin Vaşinqton səfəri Azərbaycanın etibarlı strateji tərəfdaş statusunun dünya miqyasında qəbul olunduğunu sübut edir. Azərbaycan və Ermənistan arasında birgə bəyənnamənin imzalanması ölkəmizin tarixinə yazılmış hadisədir. Bu sənəd Prezident İlham Əliyevin starateji düşünmə və uzaqgörən siyasətinin nəticəsidir. Regionda kommunikasiyaların açılması ilə bağlı razılaşmalar böyük əhəmiyyət kəsb edir. İmzalanmış sənədə əsasən, tərəflər Azərbaycan və Ermənistan arasında bölgədaxili və beynəlxalq kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiqləyiblər".

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolundan danışan Ş.Mustafayev bildirib ki, işlərin 95 %-i icra olunub. O, qeyd edib ki, Azərbaycan nəqliyyat potensialını reallaşdırmaq üçün bir sıra infrastruktur layihələri həyata keçirib: “Ölkəmiz hazırda bu istiqamətdə yeni layihələr həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır. 110 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin 76 kilometri tamamlanıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da inşası davam etdirilir".

Zəngəzur dəhlizi ilə bağlı fikirlərini söyləyən Baş nazirin müavini deyib ki, razılaşmaların əhəmiyyətli hissələrindən biri də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (MR) ilə maneəsiz hərəkətinin təmin edilməsinin nəzərdə tutulmasıdır: “Bu razılaşma Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Avropa və Asiya arasında mühüm nəqliyyat vasitəsi olan Zəngəzurdan keçən yol iqtisadi əlaqələrin genişlənməsinə imkan verəcək”.

Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan heç vaxt milli maraqlara zidd olan aralıq həll variantlarını qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və siyasi gücü artaraq regionda əsas söz sahiblərindən birinə çevrilib: "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinin ifşa edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan haqq-ədalət savaşında öz tutduğu yoldan dönməyərək sonda qələbə qazandı".

907-ci düzəlişin ləğvi məsələsinə toxunan XİN rəhbəri bildirib ki, bu, Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır: “İki ölkə arasında əlaqələrin daha da güclənməsi üçün bu istiqamətdə ABŞ Konqresi ilə müvafiq iş aparılacaq. Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan və ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təkan verdi. Ermənistan cari ilin yanvarın sonunadək, Donald Tramp administrasiyası fəaliyyətə başlayanadək və keçmiş administrasiya dövründə sülh sazişinin müəyyən müddəaları ilə bağlı öhdəliklərə razılıq vermirdi. Bunlar sərhəddə hansısa üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi və məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı öhdəliklər idi. Ancaq Ermənistan sonradan mövqeyini dəyişdi”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışı zamanı qeyd edib ki, Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir: “2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb. Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb”.

Prezidentin ABŞ-yə səfərindən danışan nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ölkə başçımızı qarşılaması və ona qarşı səmimi münasibəti İlham Əliyevin böyük siyasi lider kimi qəbul etməsinin nəticəsidir: “Trampın Azərbaycan xalqını qüdrətli xalq adlandırması, simvolik olaraq Ağ Evin açarını təqdim etməsi ikitərəfli münasibətlərin strateji mövqeyə yüksəldiyindən xəbər verir. Azərbaycan torpaqlarının sülh yolu geri qayıtmasına 30 il cəhd edib. ATƏT-in Minsk qrupu ilə aparılan danışıqlıqlar bir nəticə verməyib. Prezidentin uzaqgörən siyasəti nəticəsində dövlətimizin siyasi və iqtisadi qüdrəti güclənib. Nəhayət Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi".

M.Cabbarov Azərbaycanın bir sıra gözləntilərini də dilə gətirib: “Azərbaycan ABŞ-nin “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Exxon Mobil” arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına müsbət təsir edəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb: “Azərbaycan bu gün ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanın elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı ölkənin məlumat mərkəzi infrastrukturu və süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir: “Azərbaycan strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında bir sıra layihələrin həyata keçirilməsi üçün əvəzedilməz rol oynayır”.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək. O deyib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası sona çatacaq və muxtar respublika təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq: “İllərlə davam edən blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun istifadəyə verilməsi Naxçıvan üçün yeni imkanların qapısını açacaq. Yeni yollar, dəmir yolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq”.

Fuad Nəcəfli vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız kommunikasiya xətti deyil, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcıdır. Bu dəhliz bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyət kəsb edir.

F.Nəcəfli son illərdə aparılan islahatların nəticəsi olaraq Naxçıvan Muxtar Respublikanın dövlət büdcəsindən asılılığının əhəmiyyətli dərəcədə azaldığını deyib və əlavə edib ki, Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb: “Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir. 2025-ci ilin yanvar-iyul aylarında iqtisadi göstəricilər də müsbət dinamikanı əks etdirib. Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,8 faiz artaraq 927,3 milyon manat, əhalinin hər nəfərinə düşən ÜDM 4,3 faiz artaraq 1967,1 manat, əsas kapitala yönələn investisiyalar 45,9 faiz artaraq 118,4 milyon manat, sənaye məhsulu istehsalı 14 faiz artaraq 297,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 3,7 faiz artaraq 789,4 milyon manat, ödənişli xidmətlər 5,8 faiz artaraq 120,2 milyon manat təşkil edib”.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5 artaraq 273 min nəfər, məşğul əhalinin sayı isə 0,8 faiz artaraq 260 min nəfər olub: “Orta aylıq əməkhaqqı isə 6,3 faiz artaraq 826 manata çatıb. Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 min 565 nəfər, o cümlədən dövlət sektorunda 37 min 305 nəfər, qeyri-dövlət sektorunda isə 23 min 260 nəfər təşkil edib. Büdcə xərclərinin 64 faizi yerli yığımlar hesabına maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33 faiz) xeyli yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb. Fiziki şəxslərin gəlir vergisi 19 faiz artaraq 32 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi 8 faiz artaraq 13 milyon manat, ƏDV 34 faiz artaraq 41 milyon manat, aksiz vergisi 34 faiz artaraq 44 milyon manat, mədən vergisi 22 faiz artaraq 991 min manat təşkil edib. Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş müşahidə olunub. Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb. Dövlət torpaqlarının icarəsindən daxilolmalar 42 faiz artaraq 217,3 min manat, daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat olub. 2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33 faiz artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57 faiz artaraq 31,8 milyon manat, nağdsız ödənişlər isə 31 faiz artaraq 592,3 milyon manat təşkil edib. Bank hesablarının sayı 11 faiz, ödəniş terminallarının sayı isə 85 faiz yüksəlib”.

Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiyanın 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azaldığını deyən Fuad Nəcəfli bildirib ki, bu fakt muxtar respublikada həyata keçirilən islahatların real nəticə verdiyini göstərir.

İclasda Azərbaycan Respublikası Prezidentinin Vaşinqton səfərinin nəticələrindən irəli gələrək hökumət qarşısında duran vəzifələr müəyyən edilib.

“Səs” qəzetinin Analitik Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see290

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see209

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see179

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see173

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see154

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see139

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see131

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see128

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see125

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see124

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see123

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see122

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see121

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see121

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see120

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see120

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see120

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see118

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see116

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri