Icma.az
close
up
RU
Diplomatlara aylıq təmsilçilik müavinətinin hansı qaydada ödəniləcəyi müəyyənləşib

Diplomatlara aylıq təmsilçilik müavinətinin hansı qaydada ödəniləcəyi müəyyənləşib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nümayəndələrə və onların (aparatlarının) işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı aylıq təmsilçilik müavinəti ödənilir.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.

Nümayəndələrə və onların (aparatlarının) işçilərinə ödənilən aylıq təmsilçilik müavinəti

Sıra

№-si

Vəzifələrin adları

Təmsilçilik müavinətinin miqdarı, dövlət məvacibinə müəyyən edilmiş qaydada

fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan

məbləğə (faizlə)

1.

Ticarət nümayəndəsi, hərbi attaşe (nümayəndə)

15

2.

Təhsil məsələləri üzrə müşavir, Daxili İşlər Nazirliyinin nümayəndəsi, gömrük attaşesi (nümayəndə), mədəniyyət mərkəzinin direktoru, hərbi attaşenin (nümayəndənin) müavini, hərbi attaşenin (nümayəndənin) baş köməkçisi, mədəniyyət mərkəzinin direktorunun müavini, NATO-nun müvafiq strukturlarında və sülhməramlı birləşmiş çoxmillətli qərargahlarında Azərbaycan Respublikasının Silahlı Qüvvələrini təmsil edən Müdafiə Nazirliyinin büdcəsi hesabına saxlanılan hərbi qulluqçuları, hərbi attaşenin (nümayəndənin) köməkçisi, hərbi attaşenin (nümayəndənin) referenti, ticarət nümayəndəsi aparatında baş məsləhətçi, məsləhətçi, mütəxəssis, mədəniyyət mərkəzində baş məsləhətçi, məsləhətçi, mütəxəssis

10

Nümayəndələrin və onların (aparatlarının) işçilərinin işlədiyi dövlətdə onlarla birlikdə yaşayan 18 yaşına çatmamış uşaqlarının və övladlığa götürdüyü şəxslərin hər biri üçün müvafiq dövlət fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 2 (iki) faizi həcmində müavinət ödənilir. Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövlətdə onlarla birlikdə yaşayan və yaşı 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladları və övladlığa götürdüyü şəxslər üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş müavinətin ABŞ dolları ekvivalentində məbləğinə bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulan fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğlə milli valyutada ödənilən müavinət arasında olan fərq həcmində müvafiq valyutada aylıq müavinət ödənilir. Qəbul edən dövlətdə müvafiq vəzifəyə təyin olunarkən nümayəndələrə və onların (aparatlarının) işçilərinə tutduqları vəzifə üzrə dövlət məvacibinin 1 (bir) misli həcmində birdəfəlik yerləşmə müavinəti ödənilir.

Siyahısı “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə ilə müəyyən edilən müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərdə faktiki fəaliyyət göstərən nümayəndələrə və onların (aparatlarının) işçilərinə onların dövlət məvaciblərinə müəyyən edilmiş qaydada fərqləndirici əmsal tətbiq edildikdən sonra alınan məbləğin 30 (otuz) faizi həcmində aylıq kompensasiya ödənilir.

Nümayəndələrə və onların (aparatlarının) işçilərinə işlədikləri dövrdə onlara və ya onlarla birlikdə yaşayan ailə üzvlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir. Nümayəndələrin və onların (aparatlarının) işçilərinin qəbul edən dövlətdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Nümayəndələr və onların (aparatlarının) işçiləri və ya ailə üzvləri xaricdə vəfat etdiyi təqdirdə, nəşin Azərbaycan Respublikasına gətirilməsi xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri